Qırmızı paltar geyinməyin hökmü

Written by



Bir neçə gün bundan öncə bir qardaş sosial şəbəkə üzərindən öz şəklini paylaşmışdı.Qardaş şəkildə qırmızı şalvar köynəkdə olduğundan qardaşı komputer arxasında oturan “Hədis əhli” klaviaturalarını işə saldılar.Neo müctəhidlər bu məsələyə elə daxil oldular ki, sanki məsələni tam dəqiqliyi ilə təhqiq ediblər.Elə bir hücüm çəkdilər ki, zənn edərsən ki, qardaş donuz ətindən kabab yeyib iyazu billəh. Biri – "Qardaş Allahdan qorx qırmızı geyinmək səhih hədsilərə görə haramdır." Digəri isə – "Sən Allah rəsuluna qarşı çıxdın" və buna bənzər nələ-nələr.Qırmızı palar geyinməyin hökmüylə bağlı qısaca deyinəcəm ancaq ondan da öncə sözüm müctəhidlərədir siz Allahdan qorxmursuzmu? Sizə Allahın şəriəti haqqında belə rahat-rahar danışmağa kim icazə verib? Siz bilirsinizmi Allah adına elmsiz danışmaq haramların ən əzəmətlisi, günahların ən böyüyüdür? Bilirsinizmi bu niyə belədir? Bu ona görədir ki, Allah bu günahı bütün şəriətlərin və dinlərin üzərində müttəfiq olduğu, heç bir halda mübah sayılamayacağı haramların ən başında zikr etmişdir. Belə ki, Allah adına elmsiz danışmaq başqa haramlar kimi deyil ,bu günah heç bir halda, zərurət olsa belə halal sayıla bilməz.
Allahın adından cahilcəsinə danışmaq fətva vermək bu qədər təhlükəli və cəzası ağır olduğu kimi həmçinin Rasulullah (صلى الله عليه وسلم) adından da elmsiz danışmaqda qadağandır.
Əli (رضي الله عنه) rəvayət edirki, Rasulullah (صلى الله عليه وسلم) belə dedi: [Mənim adımdan yalan danışmayın.Kim mənim adımdan yalan danışarsa, qoy cəhənnəmdəki yerini tutsun]
(əl-Buxari 106) 
Başqa rəvayətdə isə Sələmə ibn Əkva (رضي الله عنه) rəvayət edirki, Rəsulullah belə deyərkən eşitdim:[Kİm mənim demədiyimi mənə isnad etsə,qoy cəhənnəmdəki yerini tutsun.]
(əl-Buxari 109)
Qırmızı rəng paltar geyinmək məsələsində elm əhli ixtilaf etmişlər. İxtilafın çıxma səbəbi hər hansı geyimin tam şəkildə qırmızı rəngdə olmasıdır.Əgər geyimdə qarışıq rənglər və bu rənglər arasında qırmızı rəng də varsa , onun geyinilməsinin caiz olduğunu söyləmişlər.Hətta Hafiz ibn Hacər əl Əsqalani (رحمه الله تعالى ) bu məsələ ilə bağlı "Fəthul-Bari"nin 10-cu cild 306-cı səhifəsində səkkiz görüş, Bədrud-Din əl-Ayni “Umdətul Qari” kitabının 23-ci cild 22ci səhifəsində yeddi görüş nəql etmişdir.Gördüyünüz kimi məsələdə birdən çox görüş vardır sizin bildiyiniz kimi qəti şəkildə haramdır və ixtilaf qəbul etmirəm deməklə bitmir. Bəzi görüşləri aşağıda zikr edirəm.Bunlar :
Mütləq olaraq qırmızı rəng paltar geyinməyin icazəli olmasıdır deyənlər : Əli İbn Əbu Talib,Talha, Abdullah bin Cafər,əl-Bəra, başqa bir çox səhabənin və Səid bin Musib,Nəxai, Şəibi,Əbi Vail və tabiindən bir cammatın bu görüşdə olduğu rəvayət olunmuşdur.Həmçinin bu görüş İmam Şafi ,İmam Malik və Hənbəlilərdə iki rəvayətdən biridir.
İbn Hacər və Bədrud-Din qırmızı geyinməyin mütləq olaraq qadağan olunduğunu nəql etmiş ancaq bu görüşü kiməsə nisbət etməmişlər .
Ata ,Tavus və Mücahiddən paltarın rəngi açıq qırmızı deyil tünd qırmızı olduğu halda məkruh olduğu rəvayət edilmişdir.
Qadağa tamamilə qırmızı rənglə rənglənmiş paltara aiddir.Ancaq qızmızı ilə bərabər ağ,qara və daha başqa rənglərlə qarışıq olarsa belə bir paltarı geyinmək qadağan deyildir. 
Zinət və şöhrət üçün qırmızı rəng paltar geyinməyin mütləq olaraq məkruh olduğunu deyən ancaq evdə, həmçinin şöhrət və zinət məqsədilə geyinilməzsə caiz olduğu İbn Abbas (رضي الله عنهما) və buna bənzər görüş İmam Malikdən nəql olunmuşdur. 
İmam Buxarinin 5848 və Muslimin 6211, həmçinin Tirmizinin 1828 və Abu Davudun 4074, ən-Nəsainin 5077, İbn Macənin 3730 nömrəli hədisdə Bəra ibn Azib (رضي الله عنه)nun belə dediyini rəvayət etmişlər:"Mən onu qırmızı libasda gördüm"
Hədisin zahirinə görə qırmızı paltar geyinməyin icazəli olmasıdır.Lakin, Nəsainin 3995,5283 və Muslimin 1148 nömrəli İbn Abbasdan səhih isnadla Rasulullahdan belə bir hədis rəvayət etdiyi nəql edilmişdir:"Qırmızı paltar geyinməkdən qadağan olundum"
Elm əhli, bu iki hədisin arasını cəm etməyə çalışmışlar.İbn Həcər əl Əsqalani "Fəthul- Bari"də zinət və şöhrət üçün geyinilərsə, məkruh olduğunu tərcih etmişdir.Ancaq evdə, həmçinin şöhrət və zinət məqsədilə geyinilməzsə caiz olduğunu demişdir. 
Son olaraq demək istədiyim bu qədər görüşlərin var olduğu halda avamlara söz düşməz.
Va Sallallahu alə Nəbiyyinə Muhəmməd. 
__________________
Yazdı : Əbu Fadl

Hiç yorum yok: