Təkfirdə həddi aşmaqdan çəkindirmək

Written by



Əlhəmdulilləhi Rabil-Aləmin vas-Salət vas-Sələm alə Nəbiyyinə Muhəmməd bundan sonra :
   Yaşadığımız toplumda ilk dəvətin başlanğıcından müsəlmanlar iki qrupa bölündülər. Bir qismi təkfir məslələlərində ifrata, digər bir qismi isə təfritə vardı. Təfritə varan qrup, açıq-aşkar
küfr edənləri, islam dinindən başqa dini mənimsəyənləri müdafiə edərək müsəlman olaraq isimləndirdilər. İfrata varanlar isə, təkfirdə hədlərini aşaraq müsəlmanları zənn, ehtimal və ya dəlilsizcəsinə, həva-həvəslərinə uyaraq təkfir etdilər. Beləcə təkfir fitnəsi alovlanmağa başladı.
Hətta vəziyyət elə yerə gəlib çatdı ki, dünən müsəlmanları zənnlə, ehtimalla, şəri dəlillərlə küfrü sabit olmayan kimsələri asanlıqla təkfir edənlər, bugün savaş gedən torpaqlarda yenə zənn, ehtimal, şübhəli məsələlərlə müsəlmanların qanlarını məhz islam adı altında tökürlər.

                Təbii olaraq bizim bu yazını yazmağımız bu səbəbdən qaynaqlanır. Çünki bu fitnələrin zühur etməsinin başlıca səbəbi Azərbaycanda ilk dəvət toxumlarını səpən “elm tələbələrinin” istər ifrata, istərsə də təfritə qaçmış qrupların səhih bir mənhəclərinin olmamasından qaynaqlanır. Bir tərəf alimləri çox ucaldaraq, hər sözlərini höccət qəbul etdilər. Digər tərəf isə :”Muasir zamanda əqidəsi və mənhəci doğru olan alim yoxudr”  və ya “Alimə nə ehtiyac var? Quran və sünnə bizə kifayətdir!” –deyərək alimlərin kitablarını oxumağı bir kənara atıb, öz həva və həvəslərinin qurbanına çevrildilər... Alimləri gözdən salaraq, onların daşıdıqları missiyanı yox etməyə çalışdılar. Hər dövrdə Allah Subhənə və Təalə insanlara irşad etməsi üçün, peyğambərlərin mirasını insanlara öyrətməsi üçün alimlər göndərmişdir. Rasulullah (صلى الله عليه و سلم) bu haqda belə buyurmuşdur: [Həqiqətən də məhz Alimlərdir Nəbilərin varisləri. ] Buxari , Əbu Davud 3643, Tirmizi 2898, Darimi 351, İbn Macə 228
                Bu səbəbdən də, müsəlmanları Quran, sünnə ilə və əhli sünnə alimlərin yolu ilə insanları təkfirdə həm ifrata varmaqdan həmdə təfritə varmaqdan çəkindiririk. Allahdan diləyimiz bizi bu orta yolda müvəffəq qılsın.
                Bəziləri həva- həvəslərinə tabe olaraq müsəlmanın təkfirinə maneə olacaq təkfirin şərtlərinə və maneələrinə diqqət etmədən müsəlmanları təkfir edirlər. Kim kafiri təkfir etməzsə o da kafirdir qaydası hər kəs öz istəyinə görə istədiyi şəkildə ümumiləşdirməsi üçün deyil.Tam tərsi bu qaydada təfsilat vardır.Kim bu qayda haqında lazım olan təfislatı diqqətə almazsa o zaman müsəlmanları təkfir etmək kimi batil bir işə düşər. Çünki islamı qəti şəkildə sabit olan şəxsin şübhə və zənn ilə islamı ortadan qalxmaz. Əhli Sünnə alimləri müəyyən bir şəxsin təkfirinə Quran və Sünnədən  şərtlər va maneələr qoyublar.Bu qaydalara görə  bir kimsəni müəyyən olaraq təkfir etmək üçün  yalnız lazımi şərtlər mövcud olmalı və maneələr ortadan qaldırılmalıdır. Təkfir, şərtlərin meydana gəlməsindən asılıdır. Şərtlərin mövcud olması hökmün də meydana gəlməsi demək deyildir. Lakin şərtlərin mövcud olmaması hökmündə olmaması deməkdir. Buna misal olaraq, bİr şəxsin etdiyi əməl və ya dediyi sözü öz azad iradəsi ilə seçməsi təkfirin şərtlərindən biridir. Bu isə bir insanın təkfirinə maneə olan ikrah maneəsinin ziddidir. Əgər insanın azad iradəsi mövcud deyilsə, təkfir hökmünün o insana verilməsi keçərli olmaz. Bununla yanaşı, azad iradənin mövcudluğu, insanın kafir olması və ya küfrü seçməsi demək deyildir.  
Son illərdə şeytan bəzi cahil müsəlmanların beyinləri ilə oynamış və onlara alimləri təkfir etmək üçün  müxtəlif şübhələr salmışdır. Çox təəssüf ki, zamanımızda belə yaramaz cahillər çoxdur, özləri azıblar və başqalarını da azdırmağa çalışırlar. Onların arasında özünü “elm tələbəsi” kimi aparan bəzi başbilənləri fəxr ilə özlərinin təqlid əhli olmadığını, lakin tərcih əhli olduğunu söyləyir bəziləri isə açıq aşkar elm tələbəsi olmadığını etiraf edir  və öz cılız savadına əsaslanaraq insanlara alimləri təkfir etməyə fətvalar verir.
Bu cahil zümrənin qarşıya atdığı iddialardan biri də budur ki, Şeyx Alim Əbu Muhəmməd əl-Maqdisi (حفظه الله) rafiziləri təkfir etmir.Bu sözlər onların nə qədər cahil olduqlarını göstərir. Biz onların iddialarının əsassız olduğunu sadə bir üslub ilə göstərməyə çalışacağıq. Əslində Şeyx Maqdisi rafiziləri iki qismə bölündüyünü deyir ğulat və avam.Bu fikirdə İbn Teymiyyə (رحمه الله) istinad edir. Bizlər belə inanmasaqda yəni rafizilərin təkfirində avam və alim ayırımına getmirik.Ancaq belə bir təfsilata gedən alimləri təkfir etmirik!

Necəki, bu haqda Şeyxul-İslam İbn Teymiyyə (رحمه الله) Məcmuətul Fətəvada belədemişdir: “Alimlər bidət və həva əhlinin təkfiri və cəhənnəm də qalacaqları haqqında ixtilaf etmişlər.Bu haqda Məlik,Şafi ,Əhməd və başqalarından iki görüş rəvayət edilmişdir.Bəziləri bu ixtilafı bütün bidət əhli haqqında rəvayət etmişlər.”
Məcmuətul Fətəva 7/618,619
Bunu bilməyimiz lazımdır ki, ixtilaflı məsələlərdə fəqihlər müxaliflərinin fikirlərini inkar etməzlər, onları fasiqlikdə və ya bidətdə ittiham etməzlər, lakin elmi bir şəkildə rədd edərlər. Əgər fəqihlərin halı budursa cahillərin ümumən bu məsələlərdə fərqli görüş tutmuş müsəlmanlara qarşı sərt davranması doğru deyildir.
Həmçinin Şeyxul-İslam İbn Teymiyyə (رحمه الله) belə demişdir: “Bidət əhlinin təkfiri və cəhənnəmdə qalacaqları haqqında da alimlərdən iki məşhur görüş vardır. İmam Əhməddən də iki rəvayət gəlmişdir.Hərurilərdən olan xəvariclər,rafizilər və buna bənzər olanlar haqqında da iki görüş vardır. Doğru olan budur ki, onların Allah rəsulunun gətirdiyinə müxalif olduğu bilinən sözləri, eləcədə onların kafirlərin müsəlmanlara etdiyi cinsdən olan felləri küfrdür. Mən bunun dəlillərini bundan başqa yerdə zikr etdim.Ancaq onlardan müəyyən bir şəxsin təkfirinə və cəhənnəmdə qalcaqlarına hökm verməyə gəldikdə bu yalnız şərtlər yerinə gələr və maneələr aradan qalxarsa mümkündür. Biz vad, vaid, təkfir və təfsiq nasslarını ümumi olaraq səsləndiririk. Lakin, ziddi olmayan bir gərəklilik onda meydana çıxana qədər müəyyən şəxsin bu ümumi hökmə daxil olduğuna qərar vermirik.”
Məcmuətul Fətəva 28/500,501
Gördüyümüz kimi İbn Teymiyyə (رحمه الله)  bidət əhlindən olan xavariclər və rafizilərin təkfiri haqqında icma yox, iki görüş olduğunu deyir.Həmçinin İbn Teymiyyə (رحمه الله)  bəzi mütləq təkfir edilən bidət firqələrini müəyyən təkfir etmək və cəhənnəmdə qalacaqlarına hökm vermək üçün şərtlər yerinə gələr və maneələr aradan qalxarsa mümkündür deyir. Əbu Muhəmməd Maqdisiyə(حفظه الله) rafizilərin avamlarını təkfir etmədiyi üçün yolunu azmış cahil deyənlər İbn Teymiyyə və onun tələbəsinə rafiziləri təkfir etmədiklərinə görə kafir və ya yolunu azmış cahil deyirlərmi? Necə olur ki, bu gün Əbu Muhəmməd Maqdisi (حفظه الله) rafizilərin avamlarını təkfir etmədikdə cahil azmış olur ancaq İbn Teymiyyə Şeyxul İslam olur?

Həmçinin İbn Qayyim (رحمه الله) bidət əhlinin şahidliyi qəbul olunub olunmaması haqqında belədemişdir :“Ancaq İslam əhlinə müvafiq olan lakin bəzi (etiqad) əsaslarına muxalif olan bidət əhlirafizi,qədəriyyə,cəhmiyyə və ğulat mürciələr və buna bənzərləri qismələrə bölünür: Avam və təqlidçi, doğru olan inancı öyrənməyə imkanı olmayan cahillər təkfir və təfsiq olunmur və şahidliyi də rədd olunmur.Onların hökmləri zülmə qarşı çarə tapmağa qadir olmayan və (hicrət etməyə) yol tapa bilməyən zəif kişi, qadın və uşaqların hökmündədir. Ola bilsin ki, Allah onları əfv etsin.Həqiqiətən, Allah əfv edəndir ,Bağışlayandır.”
Turuqul Hukmiyyə 1/146,147
Gördüyünüz kimi budur İbn Qayyumun (رحمه الله)  sözləri çox açıq – aydındır.Hətta ola bilsin ki, Allah onları cəzalandırmadan bağışlayacaq deyir.Niyə İbn Qayyuma bir söz deyən yoxdur? Niyə bu fikirləri İbn Teymiyyə və İbn Qayyim (رحم) deyəndə biri “Şeyxul-İslam” digəri isə“Şəmsud-din ” kimi gözəl ləqəblərlə zikr olunurlar?
Ali əl-Xudeyr (حفظه الله) İslamdan çıxaran xüsuslar kitabının üçüncü qismi olan Müşrikləri təkfir etməyən, onların küfrlərindən şübhə edən və ya onların izlədikləri yolun doğru olduğunu söyləyən kafir olar qaydasının şərhində belə demişdir: “Hər kim misal olaraq cəhmiyyə kimi bidətçi tayfalardan olan avam birinin təkfirində ixtilafa düşərsə və dəlillər onların küfrünə dəlalət etdiyini bilərsə onları təkfir etməsi vacibdir.Əgər onları təkfir etməzsə ona dindən çıxaran bu amil onlara tətbiq olunar.
Ancaq onun qatında onların küfrə girməmələrinə maneə ola biləcək avamlıq,təvil və ya cahilllik kimi bir maneənin var olduğu tərcih (üstün görərsə) edərsə, belələrinin təkfir edilməsi caiz deyildir.Bu dindən çıxaran amil onlara tətbiq olunmaz.”
“Əgər biri ixtilaflı məsələlərdə təvil etsə, misal üçün müşrikləri təkfir etmək məsələsində olduğu kimi, təvil edərək şirk üzərə olan tayfanı təkfir etməsə, (yəni onların avamlarını) bu halda o kafir olmur. Misal üçün əgər avam rafizilərin kafir olmadığını təvil etsə, bu halda həmin şəxs təvili üzündən üzürlü olacaq və bu hal İslamı pozan amil hesab edilməyəcək.”

“əl-Muzəkkira fi  Şərhi Navaqidil-İsləm səh. 23”

Buna bənzər sözü Nasir bin Hamd Əl Fəhd (حفظه الله) Müşrikləri təkfir etməyən, onların küfrlərindən şübhə edən və ya onların izlədikləri yolun doğru olduğunu söyləyən kafir olar qaydasının şərhində belə demişdir:“Kim İslamı pozub pozmadığı ixtilaflı olan bir pozucu əməl işləyərsə, məsələn: Namazın tərki kimi. Onun təkfir edilməsi ixtilaflı məsələdir.Bu məsələdə  müxalif tərəf təkfir edilməz.Həmçinin xətalı olsa belə bidətçi və fasiq adlandırılmaz.”
Mənbə : https://archive.org/download/NasserAl-Fahd/27.pdf Kafirə kafir demiyən kafir qaydası haqqında Şeyx Nasir bin əl-Fəhd.
Şeyx Suleyman əl-Ulvan (حفظه الله) deyir : “Həmçinin sələf alimləri Xaricilər,Mötəzilə vəya Həccac kimi müəyyən şəxslərin təkfirində ixtilaf etmişlər.Onlar bir-birini təkfir etməmişlər, əksinə üzrlü görmüşlərdir.Çünki bu, təvil və ictihaddan qaynaqlanır.Səhabə Xaricilərin təkfiri mövzusunda ixtilaf etmişdir.Lakin təkfir edənlər etməyənlərə;siz Mürciyəsiniz və ya təkfir etməyənlər edənlərə siz Xəvaricsiniz demirdilər.Həsən əl Basri,Ömər bin Abdulaziz,Mücahid, Həccac bin Yusifi təkfir edirdilər və mürtəd olaraq görürdülər.Muhəmməd bin Sirin və alimlərdən başqa bir qism də təkfir etmirdilər.Kimsə kimsəni ittiham etmir və təkfir də etmirdi.Çünki bu ictihadidir.Hərkəs öz cəm etdiyi və anladığı dəlillərlə hökm verir. Bəziləri dəlillərlə təkfir ediləcəyi qənaətinə gəlir, bəziləri əksinə.
Alimlər bəzi qrupların təkfir edilməsində ittifaq etmişlər.Lakin bəzi şəxslər isə bu qrupları təkfir etmədilər.Sadəcə qrupun içindəki bəzi şəxsləri təkfir etdilər.Və bu qrupun hamısını təkfir etməyən kafir olmaz.,çünki təkfirin şərtlərindən olan "Allahın qəti əmrini inkar etmək" kimi deyildir.Allahın qəti əmrini inkar edənlər ikinci və üçüncü bölmədə zikr etdiyimiz kimidir.”
Mənbə : https://youtu.be/KOpr7BKca0M
Biz bu mövzuda bu qədər ilə kifayətlənmək istəyirik, əgər söhbətimizi uzatmaq istəsəydik bu sətirləri alimlərin sözləri ilə doldurardıq. Lakin hidayət axtaran səmimi kəslər üçün bu qədəri də kifayət etməlidir. Bütün bu dediklərimizdən özünü müfti yerinə qoymuş bəzi kimsələrin cahilliyi üzə çıxmış olur. Görəsən bu cahillər alimlərin bu barədə nələr dediklərini düşündülərmi?! Axirəti üçün qorxan hər bir müsəlmana nəsihətimiz isə budur ki, elmini alimlərin mirası üzərində qurmuş kimsələrə yaxınlaşsınlar və cahilcəsinə fətva verməyə cürətli olan şəxslərdən isə uzaq dursunlar. Ümid edirik ki, Allah Subhənəhu va Təalə səmimi müsəlmanları bu şər əhlinin şərrindən qoruyar.
Dualarımızın sonu: “Həmd olsun aləmlərin Rəbbi Allaha!”


Yazdı : Əbu Fadl Azəri

Hiç yorum yok: