Gecə odun yığan sapıqların gətirdikləri dəlilə cavab

Written by


Xalil İbn Əhməd əl-Fərahidi -rahiməhullah- dedi: "Sözlərini və işlərinini qarışdıran şəxsə "gecə odun yığan" deyilir. Çünki beləsi araşdırmadan danışır və gecə odun yığan şəxs kimi pisə və yaxşıya əhəmiyyət vermədən öz odun ipinə nə yığdığına baxmır." (Kitəbul ayn:3/174)

Əl-Əzhəri -rahiməhullah- dedi: "Dili ilə özünə qarşı cinayət edən şəxs, gecə odun yığana bənzədilib. Çünki ola bilsin ki, o gecə odun yığacağı zaman əli zəhərli ilana dəysin və ilan onu sancsın. Eləcə də, öz dilini qorumayan, insanları pisləyən və onları məzəmmət edən şəxsin də həlakı bu səbəbdən ola bilər." (Təcul arus:2/291)


Süleyman İbn Musa -rahiməhullah- dedi: "Hər eşitdiyini götürən şəxs gecə odun yığandır." (Tərixu diməşq:22/387)

Şeyxul-İslam İbn Teymiyyə -rahiməhullah- dedi: "Alimlərin cumhuru yekdil olmuşlar ki, Əs-Sələbi və onun mislində olanlar səhih və zəif şeylər rəvayət edirlər. Habelə yekdil olmuşlar ki, bu şeylərin adicə rəvayət edilməsi ona tabe olmağı vacib etmir. Bu səbəbdən deyirlər ki, Əs-Sələbi və onun mislində olanlar gecə odun yığanlardır. Çünki
onlar rəvayət etdikləri şeylərin səhih yaxud zəif olmasına baxmadan tapdıqları hər bir şeyi rəvayət edirlər." (Minhəcus sünnə:7/90)

Hiç yorum yok: