Bayram təbriki bayram namazından əvvəl yoxsa sonra edilir?

Written by



Tanıdığım bir qardaş dostlarını bayram münasibəti ilə məğribdən sonra təbrik etdiyində belə bir etiraz ilə qarşılaşdı və aralarında belə bir dialoq yaşandı :
Etiraz edən qardaş : “Qardaşlar! Bayram təbrikləşməsi namazdan sonra olur, xristian və yəhudilər kimi saatın 12-ni keçməsini gözləyib hamıya mesaj göndərməyək, İnşə Allah bugun namazdan sonra qardaşlarla hamımız təbrikləşərik.”
Təbrik edən qardaş : “Qardaş yalnış yerə etiraz edirsən bu məsələni dəqiq şəkildə araşdır.
Etiraz edən qardaş: “Qardaşım məsələnin nə yerdə olduğunu öyrənmişəm.Bayram sənin fikirləşdiyin kimi günün başlaması ilə deyil, namazdan sora başlayır.”
Aralarındakı bu mübahisə bitdikdən sonra təbrik edən qardaş bu mövzu barədə qısa açıqlama verməyimi xahiş etdi.
Bismilləh vas-Salət vas-Sələm alə Nəbiyyinə Muhəmməd va alə əlihi va əshabihi va mən valə. 
Bayram təbrikinin şəriətdə hər hansısa xüsusi vaxtı yoxdur.Həmçinin bayram təbriki bir adətdir, ibadət deyildir və sünnə də dəyildir.İbadətlərdə əsl olan odur ki,din adına danışan insan danışdığına dəlil gətirməlidir.İbadətlərdən fərqli olaraq adətin şəriətdə qadağan olunmasına dəlil varid olmayınca, əsl olan o şeyin mübah olaraq qalmasıdır. Bayram namazından öncə təbrikləşməni qadağan edən heç bir dəlil yoxdur. Kim bayram namazından öncə təbrik edərsə ona qarşı belə bir kobudluq etmək və şiddətli davranaraq ona bunu qadağan etmək olmaz.Yaşadığı bölgənin adətində öncədən bayram təbrikləşməsi varsa o zaman təbrik etmək olar.Yəni şəriətdə bayram təbrikikinin vaxtında heç bir məhdudiyyət olmadığından istər bayram namazından öncə istərsə də sonra olsun heç bir fərq yoxdur.
✔ Şeyx əl-Bərrak ( حفظه الله تعالى ) : " Bayram təbrikləşməsi gözəl bir adətdir."
 Müasir alimlərdən Abdurrahmən əl-Bərrak (حفظه الله تعالى ) belə demişdir : "Bayram namazından öncə bayram təbrikləşməsinə gəldikdə bu məsələ geniş məsələdir. Bu məsələdə şiddətli davranmaq olmaz.Bayram təbrikləşməsi haqqında "Sünnədir" deyilməz o, sadəcə gözəl bir adətdir."

Şeyx İbn Useymin (رحمه الله تعالى ) :"Bayram təbrikləşməsi adətdir sünnə deyildir." 
 Həmçinin müasir alimlərdən Şeyx İbn Useymin (رحمه الله تعالى ) belə demişdir : 
"Bayram təbrikləşməsi  bayramın gəlib çatması ilə insanların bir birilərini təbrik etdikləri adətlərdəndir."
Şeyxul-İslam İbn Teymiyyə (رحمه الله تعالى ) : "Bayram təbrikləşməsi sünnə deyildir."
Şeyxul-İslam İbn Teymiyyə (رحمه الله تعالى ) belə demişdir :
"Bayram təbrikləşməsinə (Qurban və Ramazan bayramı) gəldikdə o, əmr olunan bir sünnə deyildir."
📚 Məcmuul Fətəva 24/25
Gördüyünüz kimi Şeyxul-İslam İbn Teymiyyə, həmçinin iki müasir alim Şeyx İbn Useymin və əl-Bərrak bayram təbrikləşməsini adət olaraq görmüşlər. Bu səbəbdən də bayram namazından öncə qardaşlarını təbrik edən müsəlmanlarla kobudluqla rəftar etmək və bunu ona qadağan etmək olmaz.
---------------------------------------
Yazdı : Əbu Fadl

Hiç yorum yok: