Ölüm mələyi yoxsa Əzrail

Written by



Əlhəmdulilləhi Rabil-Aləmin vas-Salət vas-Sələm alə Nəbiyyinə Muhəmməd.
Bundan sonra :
Ətrafımızda tez-tez belə mübahisələrin şahidi oluruq "Quranda " ملك الموت" deyə keçən mələyin adı "Ölüm mələyi"-dir yoxsa "Əzrail " ? "Artıq bu və ya bu tipli mübahisələri toplumda tez-tez eşidər olduq.

Bir çoxları da elmsizcə öz düşüncəsini haqlı sayaraq, bildiyindən möhkəm yapışıb əks tərəfin dəlillərini bilmədən qınayır və bidətdə ittiham edirlər. Halbuki vəziyyət belə deyil.Biz də bu yazımızda çalışdıq ki, bu məsələyə alimlərinin görüşləri ilə aydınlıq gətirək .
Allah Subhənəhu va Təalə belə buyurmuşdur :
{قُلْ يَتَوَفَّاكُمْ مَلَكُ الْمَوْتِ الَّذِي وُكِّلَ بِكُمْ ثُمَّ إِلَىٰ رَبِّكُمْ تُرْجَعُونَ}
{De: “Sizə müvəkkil olan ölüm mələyi canınızı alacaq, sonra da Rəbbinizə qaytarılacaqsınız!”}
Səcdə surəsi 11
əl-Bəra va başqa hədislərdə Rasulullah (صلى الله عليه وسلم ) ölüm mələyini Əzrail deyil "Ölüm mələyi" olaraq adlandırmışdır.
Ancaq bəzi alimlər ölüm mələyini Əzrail olaraq adlandırmışlar.Bunlardan bəziləri aşağıdakılardır:
İmam Bəğavi əş-Şafi (رحمه الله تعالى ) belə Həcc surəsi 75ci ayənin təfsirində belə demişdir :
{Allah mələklərdən də elçilər seçir} "Onlar Cəbrayıl, İsrafil , Əzrail və başqalarıdır."
Təfsirul Bəğavi 5/400
İmam Qurtubi əl-Məliki (رحمه الله تعالى ) Səcdə surəsi 11ci ayənin təfsirində belə demişdir :
{De: “Sizə müvəkkil olan ölüm mələyi canınızı alacaq, sonra da Rəbbinizə qaytarılacaqsınız!”}
Səcdə surəsi 11
"Ayədə keçən {ölüm mələyi} mələyin adı Əzraildir və mənası Abdullah (Allahın qulu) deməkdir."
əl-Cəmiu li-Əhkəmil Qur'ən 14/93, 19/194
Hafiz İbn Kəsir (رحمه الله تعالى ) Təfsirul Quranil Azimdə Səcdə surəsi 11-ci ayənin təfsirində belə demişdir :
{De: “Sizə müvəkkil olan ölüm mələyi canınızı alacaq, sonra da Rəbbinizə qaytarılacaqsınız!”}
Səcdə surəsi 11
"Bəzi əsərlərdə ölüm mələyi Əzrail olaraq adlandırılmışdır.Belə adlandırmaq məşhurdur hətta Qatədə və birdən çox alim belə demişdir."
Təfsirul Quranil Azim 6/322
Şəvkəni (رحمه الله تعالى ) belə demişdir : "Ölüm mələyi elə Əzraildir."
‍Fəthul Qadir 4/289
Muhəmməd Əmin əş-Şinqiti (رحمه الله تعالى 1) Səcdə surəsi 11 ayənin təfsirində belə demişdir :
{De: “Sizə müvəkkil olan ölüm mələyi canınızı alacaq, sonra da Rəbbinizə qaytarılacaqsınız!”}
Səcdə surəsi 11
"Bu şərəfli ayənin zahirindən anlaşılan odur ki, insanların canlarını alan mələk tək bir şəxsdir.Bu məşhur olan görüşdür.Bəzi əsərlərdə adı Əzrail olaraq gəlmişdir."
Ədvaul Bəyan 6/184
Yuxarıda alimlərdən bəzilərinin ölüm mələyinə Əzrail demələri məşhur qövl olmasına baxmayaraq nə Quranda nə də səhih Sünnədə belə bir şey varid olmamışdır.
Bu haqda Hafiz İbn Kəsir (رحمه الله تعالى ) belə demişdir : "Ancaq ölüm mələyinə gəldikdə nə Quranda nə də səhih hədislərdə adı açıqlanmamışdır.Bəzi əsərlərdə adı Əzrail olaraq gəlmişdir."
əl-Bidəyə van-Nihəyə 1/49
Şeyx İbn Useymin (رحمه الله تعالى ) belə demişdir : "Ölüm mələyinin adı bir çox yerdə Əzrail olaraq yayılmışdır. Lakin bu doğru deyil.Çünki bu ad israiliyyat əsərlərində varid olmuşdur.Bu səbəbdən mələyin adının Əzrail olduğuna inanmağımız vacib deyildir və ölüm ilə müvəkkil olan mələyi "Ölüm mələyi " olaraq adlandırırıq.Necəki Allah Təalə öz kitabında belə buyurmuşdur : {De: “Sizə müvəkkil olan ölüm mələyi canınızı alacaq, sonra da Rəbbinizə qaytarılacaqsınız!”}"
Fətəva İbn Useymin 3/161
Son olaraq : Nə Quranda nə də səhih Sünnədə Ölüm Mələyinin adı Əzrail olaraq adlandırılmayıb.Əzrail adı yalnız bəzi əsərlər də varid olmuşdur ki, onlar da israiliyyatdır. Bu səbəbdən biz Əzrail adını nə isbat edərik nə də inkar.Ölüm mələyini Əzrail olaraq adlandıran alimlərimizə və müsəlmanlara da kobudluq etmərik.
Salləllahu alə Nəbiyyinə Muhəmməd.
Yazdı : Əbu Fadl

Hiç yorum yok: