Qurban kəsmək istəyən şəxsin dırnaqlarını və saçını kəsməməsinin hikməti nədir?

Written by



Bir çox müsəlman "Qurban kəsmək istəyən şəxsin Zül-Hüccənin hilalını gördükdən sonra dırnaqlarını və saçını kəsməməsinin hikməti nədir?" soruşduğuna görə qısa da olsa cavab verib ümumi bir paylaşım etmək istədim.
Bu haqda İmam ən-Nəvəvi əş-Şafi (رحمه الله ) Məcmu kitabında bir hikməti budur deyir : "Əshabımız (yəni Şafilər) dedi : "Qadağanın hikməti (odur ki),bədənin bütün hissəsi kamil şəkildə qalsın (və) cəhənnəm odundan bütövlükdə azad olsunlar."
Bəzi alimlər isə belə demişlər: "Qurban kəsmək istəyən şəxsin Zül-Hüccənin hilalını gördükdən sonra dırnaqlarını və saçını kəsməsinin qadağan olunmasının hikməti odur ki, sanki insan qurbanı kəsməklə qurbanını özünü cəhənnəmdən qorumaq üçün fidyə edir.Dırnaq və saçları bütünlüklə insanın bədənindən olduğuna görə onları da cəhənnəmdən qorumuş olur."
Digər alimlər isə belə demişlər : "Qadağanın hikməti odur ki-Allah Təalə qurbanın ilk axan damla qanı ilə qurban kəsən müsəlmana rəhm edir.Allahın məğfirəti isə müsəlmanı bütövlükdə əhatə edir,hətta saç və dırnaqlarını belə.
Həmçinin başqa hikmət isə,həcilərə bənzəməkdir."


 ƏBU FADL
Allahu Alim va Sallallahu alə nəbiyyinə Muhəmməd.

Hiç yorum yok: