Təkfir dinin əslidirmi?

Written by




Aləmlərin Rəbbi olan Allaha həmd olsun. Sonuncu peyğəmbər Muhammədə, onun ailəsinə və səhabələrinə Allahın salavatı və salamı olsun!

İnsanları zəncirvari təkfir fitnəsinə bulaşdıran və Əhli Sünnənin etiqadı və tövhid dəvəti adı altında insanları haqsız yerə təkfir edən və yalnız Allahın bildiyi fəsadlara səbəb olan qədim xəvariclərin və mötəzililərin davamçıları aşırı təkfirçilərin bir şübhəsinə cavab veriləcək. Belə ki, onlar təkfirin dinin əsli olması iddiası ilə, cəhaləti üzr görən şəxslərin kafir olduqlarını, üstəlik onları təkfir etməyənlərin və beləcə sonsuza qədər onları təkfir etməyənlərin kafir olduqlarını demişlər. Bu batil şübhənin ortaya gəlməsinə ən başlıca səbəb, bu sözün batil əsaslar üzərində qurulması və bu sözü deyənlərin Əhli Sünnənin mənhəcindən çıxıb mötəzili və digər sapmış firqələrin üsullarına uymalarıdır.

Bu risalədə təkfirin dinin əsli olması iddiasına cavab veriləcək və onların üsullarının batilliyi bəyan ediləcək. Müvəffəq edən Allah Cəllə və Alədir.

Hiç yorum yok: