Təkfir mövzusuna izahlar və təkfirçilərə cavablar

Written by







Əlhəmdulilləhi rabbil aləmin, va salləllahu alə nəbiyyinə Muhammədin va alə əlihi va sahbihi va səlləmə təslimən kəsirəh. Va bə`d:

Bəzi qardaşlar kafiri təkfir etməyən özü kafirdir-qaydası haqda qısa şəkildə əlavə izah gətirməyimi xahiş elədilər. Ümumiyyətlə “kafiri təkfir etməyən özü kafirdir” qaydası, edilən küfrün yaxud şirkin küfr və şirk olduğunu qəbul edib lakin küfrə və şirkə düşmüş bəzi şəxslərə cəhaləti üzr gətirən adama şamil edilirmi? Bu suala cavab veriləcək. Allahdan müvəffəqiyyət diləyərək deyirəm:

Əvvəla onu bilmək lazımdır ki, həmin qaydanı doğru anlamaq üçün qaydanın istifadə yönlərini və hökmün illətini bilmək mütləq lazımdır. Üstəlik sələfin təkfir mövzusunda üsullarını bilməyən və onların tətbiqatına nəzər yetirməyən şəxsin elmsiz danışıb sapıqlığa düşməsi qaçınılmazdır. Ələxsus da, hal-hazırda elm adına saxtakar cahillər danışırlar. Görə bilərsən ki, elm iddiasında olan cahil Quran ayələrini oxuyub ayələrdən müxtəlif istinbatlar, hökmlər çıxardır və bunun əsasında insanları küfrdə və sapıqlıqda ittiham edir. Əslində isə müsəlmanın belə saxtakarlığa aldanmaması və öz dinini belə adamlara etibar etməməsi gərəkdir.

Hiç yorum yok: