Allah yolunda sədəqə vermək

Written by



Sevdiyiniz şeylərdən Allah yolunda xərcləməyincə xeyrə nail olmayacaqsınız. Sizin nə xərclədiyinizi, şübhəsiz ki, Allah bilir.
Ali İmran surәsi 92
*İbn Abbas ,İbn Mәsud,Mücahidә görә ayәdә keçәn (البر) әl-birr sözündən qәsd cәnnәtdir.
Hәmçinin البر kәlimәsinin :Cәnnәtә girmәk,Allahın rәhmәti vә rızası,xeyr,yaxşılıq mәnaları da var.
İnsanın cәnnәtә girmәsi üçün yalnız iman etmәsi kifayәt etmir.Cәnnәti qazanmaq istәyәnin sahib olduğu malın köhnәlәrini deyil, sahib olduğu malından әn çox sevdiklәrini Allah yolunda sədəqə verməsi lazımdır.Bu mәsәlәdә bizә sәhabәlәrdәn Әbu Bәkr,Ömәr bin Xattab ,Osman,Әli,Abdurrahmən bin Auff,Әbu Talhә әn gözәl nümunәdirlәr.Ümumilikdә bütün sәhabәlәrin hәyatında belә sәhnәlәri görmәk mümkündür.

Әnәs ibn Mәlikin (radiyәllahu anhu) belə dediyi rəvayət olunmuşdur : "Әnsarın arasında Mәdinәdә әn çox xurma ağacı olan sәhabә Әbu Talhә idi.Bunlardan onun әn çox sevdiyi mәscidin qarşı tәrәfindә yerlәşәn Beyruhә bağı idi.Rasulullah (sallallahu aleyhi va sәllәm) tez-tez o bağa gәlib ,oradakı dadlı sudan içәrdi.(nәhayәt: ) { Sevdiyiniz şeylərdən Allah yolunda xərcləməyincə xeyrə nail olmayacaqsınız.} ayәsi nazil olduqdan sonra Әbu Talhә Rasulullahın (sallallahu aleyhi va sәllәm) yanına gәlib dedi:
Ya Rasulәllah ! Allah tәbәrakә vә tәalә buyurur: { Sevdiyiniz şeylərdən Allah yolunda xərcləməyincə xeyrə nail olmayacaqsınız.} Mәnim dә әn çox sevdiyim mal Beyruhә bağıdır.Mәn onu Allah yolunda sәdәqә verirәm. Ümid edirәm ki, Allah yanında bundan da xeyirlisini, axirәt mükafatını tapacağam.Götür onu, Allahın sәnә mәslәhәt gördüyü işlәrә sәrf et, Ya Rasulәllah! Rasulullah (sallallahu aleyhi va sәllәm) buyurdu: Çox gözәl ! Bu mal qazanc gәtirәcәk,mütlәq qazanc gәtirәcәk ! Sәnin dediyini eşitdim, lakin mәslәhәt görürәm ki, bunu öz qohum-әqrabana sәrf edәsәn.Әbu Talhә belә dә edәrәm ,Ya Rasulәllah ! -dedi, sonra da onu qohum -әqrabasının vә әmisi oğullarının arasında paylaşdırdı."
(Musnәd Әhmәd 3/141 әl-Buxarı 1461,Muslim 998)
İbn Ömәr (radiyәllahu anhumә) rәvayәt edir ki, Ömәr (radiyәllahu anhu) Sәmğ adlanan xurmalığını Rasulullahın (sallallahu aleyhi va sәllәm) zamanında sәdәqә verdi.(Bunu vermәmişdәn әvvәl )Ömәr Rasulullaha (sallallahu aleyhi va sәllәm) dedi:
Ya Rasulәllah ,mәnim çox dәyәrli olan bir malım var vә mәn onu sәdәqә vermәk istәyirәm.Rasulullah (sallallahu aleyhi va sәllәm) buyurdu: Әslini sәdәqә ver ki, nә satılsın, nә hәdiyyә verilsin, nә dә miras qalsın.Ancaq meyvәsi paylanılsın.Belәliklә, Ömәr o xurmalığı sәdәqә verdi(ki, onun meyvәsindәn ) Allah yolunda (vuruşanlara),kölәlәrin azad edilmәsinә, kasıblara,qonaqlara,müsafirlәrә vә qohumlara verilsin.
(
әl-Buxari 2764 , Muslim 4311 Әbu Davud 2880 Nәsәi 3612,İbn Macә 2486 Tirmizi 1431).
{ Mallarını Allah yolunda sərf edənlərin halı yeddi sünbül verən bir toxuma bənzər ki, bu sünbüllərin hər birində yüz ədəd dən vardır. Allah istədiyi kimsə üçün bunu qat-qat artırır. Allah (lütfü ilə) genişdir. }
әl-Bәqәrә surәsi 261
*Ayә Osman bin Affan vә Abdurrahmәn bin Aufa (radiyәllahu anhumә) görә nazil olub.
Aburrahmən bin Auf ən çox sədəqə verən səhabələrdən biridir.Ən çox verdiyi sədəqənin miqdarı dörd və ya səkkiz min dirhəm olub 
Bәzi alimlәr dedilәr ki, Allah dilәrsә sәdәqә verәnin savabını yeddidәn yetmişә vә yetmişdәn yeddiyüzә vә hәtda Allah dilәrsә sәdәqә verәnin savabını artıraraq bundan da çox edәr.Vә bu bütün xeyir işlәrә xәrclәnәn sәdәqәlәrә aiddir.
{ Mallarını gecə və gündüz, gizli və aşkar xərcləyənlərin öz Rəbbi yanında böyük mükafatları vardır. Onlara (axirətdə) heç bir qorxu yoxdur və onlar kədərlənməyəcəklər. }
әl-Bәqәrә surәsi 274
*Allah subhәnәhu tәalә bu ayәdә müttәqi qullarını hәm mәdh edir, hәm dә müjdәlәyir.O qullar ki, Allahın razılığını qazanmaq üçün mallarını gecə və gündüz, gizli və aşkar xәrclәyirlәr.
Rəvayət edilir ki, Əbu Məsud əl-Ənsari (radiyəllahu anhu) demişdir: Rasulullah (sallallahu aleyhi va səlləm ) bizə sədəqə verməyi əmr etdiyi zaman aramızdan bəziləri gedib bazarda yük daşıyar və (bunun müqabilində)bir ovuc(ərzaq)alar (onu da kasıblara verərdi).
(əl-Buxari 1416,
Səhabələr işləyərdilər ki, sədəqə ayələrinə əməl etsinlər biz işləyirik ki, hər dəfə daha gözəl ev əşyası,yeni libaslar,gözəl maşınlar, yeni evlər və ya gözəl mebellər alaq.
Yoxsulluq içində olmalarına rəğmən onlar yenə də evlərində tapa bildiklərini sədəqə verərdilər, tapmadıqda isə bazarda yük daşıyar, onun qarşılığında aldığını sədəqə verərdilər.

Әbu Hureyrә (radiyәllahu anhu) rәvayәt edir ki, Rasulullah (sallallahu aleyhi va sәllәm) belә demişdir: Hәr sәhәr insanlar yuxudan oyandıqda, yer üzünә iki mәlәk enir.Onlardan biri: Allahım , malını (Sәnin yolunda ) xәrclәyәn hәr kәsә (etdiyi yaxşlığın) әvәzini ver! -deyir. Digәri isә:Allahım, xәsislik edәn hәr kәsi tәlәf et! -deyir.
(әl-Buxari 1442, Muslim 2383)
----------------------------
Yazdı : Əbu Fad

Hiç yorum yok: