İslam davası uğruna nə edə bilərəm?-deyirsənsə

Written by


O zaman,cəsarətini izhar etmək üçün hazırlan. Fəda ediləbiləcək hər şeyi davan üçün heçbir şey görməyə hazırlan. Sevdiklərini, an gəldiyində əlvida deyib son bir baxışla buraxıb getməyə, əfəndiliyi xidmətkarlıqda bilməyə, xidmət  edərkən də əfəndiliyi silib "xidmətçiyəm" deməyə hazırlan. Qardaşlığın ən üst mərtəbəsiylə birlikdə olmağa hazırlan.Belə ki, dava dostların olacaqdır. Davan qədər qiymətli dostlar.Qardaşını özün bilib ona görə hökm etməyə hazırlan. Qardaşının dərdiylə dərdlənməyə, onun sevinciylə xoşbəxt  olmağa, onun baxışıyla həyatına rəng qatmağa hazırlan. Sevgidən başqa hər şeyi həyatından silməyə, həyata sevgi ilə baxmağa, hər yerdə Rahmanı görməyə hazırlan. Özün üçün dərd nədir bilməməyə, gözyaşlarını peşmanlıqdan axıtmağa, etdiklərin üçün deyil,edə bilmədiklərin üçün peşman olub ağlamağa hazırlan.

Davam dediyin şey, səndən qiymətli olmadıqca davan olmayacaqdır,bunu bil. “Bu dava mənimdir” deməyə hazırlan. Sahib olduğun ən böyük dəyər davan olmadıqca sən dəyərsiz olacaqsan,bunu bil. "Mənim dəyərim davamdır" deməyə hazırlan."Dünyadakı vəzifəm davama xidmətdir" demədikcə işsiz qalacaqsan,bunu bil. "Mənim işim davamdır" deməyə hazırlan.

İdeallarını davan ilə birləşdirməyə hazırlan. İdealların davan olmazsa bunu bil ki,davan qalmaz. İdeal sahibi olmağa hazırlan.
Ən böyük ideal səndədir. Çünki kainata sığmayacaq bir davan var sənin. "Uğrunda canlar fəda" deyiləcək bir davan var sənin. Bu dava İman davası, Quran davası,bu dava Ustadımızın davası, bu dava Peyğəmbər Əfəndimizin (sallallahu aleyhi va səlləm) davası, bu dava Allahın davasıdır…

"İslama xidmətkaram" deməyə hazırlan. Davan üçün fəxr etməyə hazırlan. Davan içində bir "heç", davanla birlikdə "daim" olmağa hazırlan. Çünki sən bir dava adamısan…
✍ Əbu Fadl
———————————
t.me/AbuFadl1987

Hiç yorum yok: