Beşinci Rəşidi Xəlifə

Written by


Bəzi insanlar “Rəşidi xəlifələrə” aid hədisləri zikr etdikdə,rəşidi xəlifələrin arasında Ömər bin Abdul-Azizi də (rahiməhullah) zikr edirlər.Lakin,bu yanlışdır.Ondan öncə səhabə olan Muaviyyə (radiyəllahu anhu) bu ada ondan daha çox haqq sahibidir.Çünki,Ömər bin Abdul-Aziz (rahiməhullah) (h 61-101 m681-720) əməvilərin səkkizinci xəlifəsi olub,səhabə deyil.Muaviyə (radiyəllahu anhu) isə həm səhabədir, həm də sultanların ən xeyirlisidir.Ancaq,o da “Rəşidi xəlifə” deyildir.Ondan sonra gələn kimsə “Rəşidi xəlifə” adına ondan daha çox haqq sahibi ola bilməz.Buna binaən, “Rəşidi xəlifələr” beşdir  və beşincisi Ömər bin Abdul-Azizdir (rahiməhullah) deyilməz!

 Bəli,Ömər bin Abdul-Aziz (rahiməhullah)  çox ədalətli,elmli,təqvalı və zahid biri olmuşdur.Bu o demək deyildir ki, onun bu vəsflərinə və sevgimizə görə  onu sahəbə olan Muaviyənin (radiyəllahu anhu) önünə keçirməliyik.Çünki, səhabələr insanların ən xeyirliləridir!

Rasulullah (sallallahu aleyhi va səlləm) belə buyurmuşdur : “Məndən sonra xilafət otuz ildir.”[Əhməd və Əbu Davud rəvayət etmişdir.]

-Hədisdən anlaşılan odur ki, “Nəbəvi xilafət” otuz il davam etmişdir.Ondan sonra gələnlər isə,“Nəbəvi xilafət” deyildir.

 Bəzi alimlər  xilafət postundan endirildiyinə görə Həsənin (radiyəllahu anhu) xəlifəliyini müstəqil olaraq saymamışlar.Sonuncu “Rəşidi xəlifənin” Əli (radiyəllahu anhu) olduğunu və Həsənin (radiyəllahu anhu) xəlifəliyini atasının zamanına daxil ediblər.Ancaq,doğru olan, Həsənin (radiyəllahu anhu) beşinci xəlifə olmasıdır.Çünki, Rasulullah (sallallahu aleyhi va səlləm) “Məndən sonra xilafət otuz ildir.”-demişdir.

•Əbu Bəkrin xəlifəliyi (radiyəllahu anhu) iki il üç ay doqquz gecə ,

•Ömərin xəlifəliyi (radiyəllahu anhu) on il altı ay üç gün ,

•Osmanın xəlifəliyi (radiyəllahu anhu) on iki  ildən on iki gün əskik,

•Əlinin xəlifəliyi (radiyəllahu anhu) dörd il doqquz ay olmuşdur.

Ümumi olaraq iyirmi doqquz il altı ay,geridə qalan altı ay isə,Həsənin xilafətidir.Həsən (radiyəllahu anhu) Rasulullahın (sallallahu aleyhi va səlləm) vəfatından düz otuz il sonra hicrətin qırx birinci ilində rabiə əvvəl ayında hakimiyyəti Muaviyəyə (radiyəllahu anhu) təhvil verir.Rasulullah isə, (sallallahu aleyhi va səlləm) Hicrətin on birinci ilində rabiə əvvəl ayında vəfat etmişdir. Beləliklə, Həsənin altı ay hakimiyyətdə olması ilə “Rəşidi xilafət” otuz ilə tamamlanmış olur.
Allahummə salli va səllim alə nəbiyyinə Muhəmməd.

✍ Abu Fadl Azəri

Hiç yorum yok: