Uluhiyyət tövhidi

Written by


Uluhiyyət tövhidi : Qulun bütün ibadət növlərində Allahı təkləməsidir. Yəni namaz, dua, oruc, həcc və ümumilikdə bütün ibadədətlərini sırf Allaha həsr etməsidir. İbadət isə, Allahın sevib razı qaldığı gizlində və aşkarda olan bütün söz və əməlləri ehtiva edir. O haqq ilahdan başqa ibadətə layiq ilahın olmadığına və Ondan başqa ibadət olunan hər bir məbudun batil olmasına etiqad etmək, tövhid inancının əsasını təşkil edir.

Allahu təalə bu haqda buyurmuşdur : 

Sizin ilahınız Tək olan İlahdır. Ondan başqa ilah yoxdur, Mərhəmətlidir, Rəhmlidir. (əl-Bəqərə surəsi 163)

Uluhiyyət tövhidinə ibadət tövhidi də deyilir. Uluhiyyət tövhidi heç bir ibadət növünü Allahdan başqasına sərf etməməyi və ibadəti Allaha xas qılmağı  gərəkdirir.

Biz yalnız Sənə ibadət edir və yalnız Səndən kömək diləyirik. (Fatihə surəsi 5)

-Yəni, yalnız tövhid üzərinə sənə ibadət edir və səndən başqasına ibadət etmirik. İbadətlərdə və həyatımızda baş verən çətinliklərdə yalnız sənə üz tutar, yalnız səndən mədət umarıq. Səndən başqasına yalvarmaz, yalnız və yalnız sənin hökmlərinin haqq olduğuna inanaraq Sənə itaət edərik. Həyat nizamımızı  Quran və sünnə düsturu üzərində qurmağa çalışar, bundan başqa bütün inanc və həyat sistemlərini rədd edərək Sənə boyun əyərik.

Uca Allah başqa bir ayədə belə buyurmuşdur :

Sən yalnız Allaha ibadət et və şükür edənlərdən ol! (Zumər surəsi 66)
-Yəni,sənə verdiyi nemətlərə görə Allaha ibadət və şükr  et.

Rəbbin yalnız Ona ibadət etməyi buyurmuşdur. (İsra surəsi 23)
-Ayənin təfsirində İbn Abbas (radiyəllahu anhumə) Qatədə və Həsən belə demişdir:  

Yəni, Rəbbin yalnız Ona ibadət etməyi əmr etmişdir!

Allahu təalə buyurmuşdur : Allaha ibadət edin və Ona heç bir şeyi şərik qoşmayın! (ən-Nisa surəsi 36)
-Yəni,bütün ibadətlərdə Allahı təkləyərək ibadət və itaət et.

Uluhiyyət tövhidi yaradılışımızın səbəbidir.
Allahu təalə belə buyurmuşdur : Mən cinləri və insanları ancaq Mənə ibadət etmək üçün yaratdım. (əz-Zəriyat surəsi 56)

-Təfsir alimləri “Mənə ibadət etmək üçün” ayəsinin bu hissəsini “ibdaətlərdə məni təkləyin” deyə təfsir etmişlər.

Uluhiyyət tövhidi bütün nəbi və rəsulların ilk dəvətə başladığı və dönə dönə üzərində durduqları tövhid növüdür.

Bu haqda Allahu təala belə demişdir : Biz hər ümmətə: “Allaha ibadət edin, tağutdan uzaq olun”– (deyə), elçi göndərdik. (ən-Nəhl surəsi 36)

Təfsri alimləri belə demişlər : Biz hər ümmətə elçi göndərdik yəni : Sizə göndərdiyimiz kimi (hər ümmətə elçi göndərdik)

Allaha ibadət edin, tağutdan uzaq olun. və Allahdan başqa ibadət olunan hər şey tağutdur.

Nəbi və rəsullar öz qövlərinə belə demişlər: Ey qövmüm! Allaha ibadət edin. Sizin Ondan başqa ilahınız yoxdur. (əl-Əraf surəsi 59,65,85)

Daima bütün ümmətlərdə müşriklər bu tövhid növünü inkar etmiş, ona qarşı çıxmış, nəbi və rəsullara, eləcə də onların izindən gedənlərə düşmənçilik göstərmişlər .Allahu təalə Hud surəsi 62-ci ayədə Saleh (aleyhi sələm) ilə qövmü arasında keçən dialoqu bizə belə xəbər vermişdir :
{Onlar dedilər: “Ey Saleh! Sən bundan əvvəl içərimizdə ümid edilən bir kimsə idin. Doğrudanmı atalarımızın ibadət etdiyinə ibadət etməyi bizə qadağan edirsən? Doğrusu, biz sənin bizləri dəvət etdiyin (əqidə) barəsində şübhə doğuran şəkk içindəyik”.}

Bu, ibadətlərin qəbul olunub olunmayacağı üzərinə bina ediləcək olan əsasların əsasıdır. Onunla Allahın əmr etdiyi  ixlas gerçəkləşir.Allahu təalə belə buyurmuşdur : Sən də, dinin yalnız Allaha məxsus olduğuna (imangətirərək), Ona ibadət et! (əz-Zumər surəsi 2)

Hər kim Allah ilə birlikdə başqa birinə ibadət edərsə Allaha şərik qoşmuş, bununla da bütün əməlləri puç olmuş olar. Bu haqda Quranı Kərimdə belə deyilir:  Sənə və səndən əvvəlkilərə belə vəhy olunmuşdur: “Əgər şərik qoşsan, əməlin puç olacaq və mütləq ziyana uğrayanlardan olacaqsan. (əz-Zümərsurəsi 65)

Bu tövhid növünə görə Nəbi və rəsulların zamanında, hətta bu günümüzdə də muvahhidlərlə müşriklər arasında kin və ədavət vardır. Tövhid əhli olan müsəlmanlar insanları şirkin bütün növlərindən çəkindirib tövhidə dəvət etdiyi halda,müşriklər də insanları qəbrlərdən, vəfat etmiş salehlərdən yardım istəməyə, Allaha şərik qoşmağa, Uca Allahın qulları üçün seçdiyi Quran və sünnədən başqa həyat nizamlarına dəvət etməkdədirlər. Onlar insanları bir daha nurdan zülmətlərə çağırdıqları halda biz müsəlmanlar da onları bu yolda yorulmadan şirkin qaranlıqlarından İslamın nuruna çağırmağa davam edəcəyik.

Əbu Fadl

Hiç yorum yok: