Rububiyyət tövhidi

Written by


Allahın feillərində Allahı təkləməkdir.Yəni, bizi Yaradan da, ruzi verən də, öldürüb sonra bizi yenidən dirildəcək olan da Allahdır.Mülkün sahibi, yeri göyü idarə edən ,hökm verən Odur.

Yaradan və ruzi verənin Allah olduğunu tövhidləmək.Yəni,insan Allahdan başqa yaradanın və ruzi verənin olmadığına etiqad etməlidir.

Allahu təalə belə buyurmuşdur: { Yer üzündə olanların hamısını sizə görə xəlq edən, sonra göyə tərəf yönəlib onu yeddi qat göy edən Odur. O, hər şeyi bilir. }
[əl-Bəqərə 29]

Həmçinin belə buyurmuşdur: {Ey insanlar! Allahın sizə verdiyi lütfünü bir xatırlayın. Allahdan başqa sizə göylərdən və yerdən ruzi verən bir xaliq varmı?}
Fatir surəsi 3

Həmçinin belə buyurmuşdur: {Doğrudan da, Rəbbiniz göyləri və yeri altı gündə yaradan, sonra da Ərşə ucalan Allahdır.}
[əl-Əraf 54]

Mülkün yalnız Onun olduğuna etiqad etməyə gəldikdə, hər şeyin Onun mülkü olduğuna və əl-Məlik olduğuna inanmaqdır.
Allahu təalə belə buyurmuşdur:{Göylərin, yerin və onların arasında olanların hökmranlığı Allaha məxsusdur və O, hər şeyə qadirdir.}
əl-Maidə surəsi 120

Hökmdə Allahı tövhidləməyə gəldikdə, Allahdan  başqa ədalətli hökm verənin olmadığına inanmaqdır.

Allahu təalə belə buyurmuşdur : {Hökm yalnız Allaha məxsusdur. }
əl-Ənam surəsi 57
Başqa ayədə isə belə buyurmuşdur : {O, Öz hökmünə heç kəsi şərik etməz!}
Kəhf surəsi 26

İnsanları öldürən də, dirildən də yalnız Allahdır.
Allahu təalə belə buyurmuşdur :{ O, həm dirildir, həm də öldürür. Siz yalnız Ona qaytarılacaqsınız.}
[Yunus surəsi56]

{Gecə və gündüz, günəş və ay Onun dəlillərindəndir. Əgər siz Ona ibadət edirsinizsə, onda günəşə və aya səcdə etməyin, onları yaradan Allaha səcdə edin.}
[Fussilət surəsi 37]

Bu ayələr Allahın tək yaradan,tək ruzi verən ,tək hökm verən ,tək hər şeyi idarə edən,tək öldürən və dirildən olduğuna dəlildir.Heç bir zaman ağlı başında olan bir insan iddia edə bilməz ki, yeri,göyü və bütün məxluqatı Allahdan başqa bir ilah yaratmış və ya yaradan olmadan yaranmışdır.
Həmçinin heç bir zaman dilimində insanların etiqad edərək Allahın rububiyyətini inkar etdiyi bilinməmişdir.Allahın varlığını, rububiyyətini inkar edən dinsizlər belə etiqad etmədən,sadəcə  təkəbbürlükləri səbəbilə bunu edirlər.Necə ki, Firon “əz-Zəriat surəsi 24” dediyi kimi {Mən sizin uca rəbbinizəm.} və ya “Qasas surəsi 38” {Firon dedi: “Ey əyanlar! Mən sizin üçün özümdən başqa bir məbud tanımıram. }

Halbuki,o,bu sözləri belə etiqad etdiyinə görə deyil, təkəbbürlüyünə görə deyirdi.Allahu təalə inkar edənlər haqqında belə buyurmuşdur : {Buna qəti inandıqları halda, haqsızcasına və təşəxxüslə onları inkar etdilər. }Nəml surəsi 14

Firon belə son ölüm halında təkəbbürlüyündən inkar etdiyi şeyə iman etdiyini deyir :{Nəhayət (Firon) (dənizdə) batdığı vaxt dedi: “İsrail oğullarının iman gətirdiklərindən başqa ilah olmadığına inandım. Mən də müsəlmanlardanam!”*
(Firona deyildi:) “İndimi? Sən ki əvvəllər asilik etmiş və fəsad törədənlərdən olmuşdun.}Yunus surəsi 90-91

 Hətta Allaha bütləri ,daşları,pirləri,Mələkləri, insanları şərik qoşan müşriklər belə Allahın rububiyyətini inkar etmirlər.
Allahu təalə belə buyurmuşdur : {Əgər sən onlardan: “Göyləri və yeri kim yaratmışdır?”– deyə soruşsan, mütləq: “Onları Qüdrətli və Bilən (Allah) yaratmışdır!”– deyəcəklər.}Zuxruf surəsi 9

Allahın rububiyyətinə iman etməyin faydası budur ki, insan Allahın rububiyyətinə iman etdiyində Allahdan başqa ona fayda və zərər verə biləcək birinin olmadığını bilər.Allahın istədiyinin baş verəcəyinə, istəmədiyinin də baş verməyəcəyini bilər.{Allah insanlara mərhəmətindən nəyi nəsib edərsə, heç kəs onun qarşısını ala bilməz. Onun göndərmədiyi bir şeyi də Ondan başqa heç kəs verə bilməz. O, Qüdrətlidir, Müdrikdir.}Fatir surəsi 2

Ardı var ..

✍ Əbu Fadl

T.me/AbuFadl1987


Hiç yorum yok: