Bayram namazının hökmü

Written by



Bayram namazı Quran , Sünnə və İcma ilə sabitdir.
Qurandan dəlil : {Sən də Rəbbin üçün namaz qıl və qurban kəs.!}
Kövsər surəsi 2
Məşhur olan təfsirə görə görə ayədən qəsd bayram namazıdır.
Sünnədən dəlil : Sünnədən dəlilə gəldikdə Rasulullah ( صلى الله عليه وسلم ) bayram nanazı qıldığı mütavatir olaraq sabit olmuşdur.
İbn Abbas ( رضي الله عنه ) belə demişdir : "Mən Rasulullah ( صلى الله عليه وسلم ), Əbu Bəkr ,Ömər və Osman ilə bayram namazına şahid oldum.Hamısı nmazı xütbədən öncə qıldıqlardılar."
📚əl-Buxari 962
Yenə İbn Abbas ( رضي الله عنه ) belə demişdir : "Rasulullah ( صلى الله عليه وسلم ) bayram namazını azan və iqaməsiz qıldı "
📚əl-Buxari 7325 📚 Muslim 2085
İcma:Müsəlmanlar bayram namazının məşru olduğuna icma etmişlər.
Bayram namazı Hənəfilərə[1] görə hər kəsə vacibdir.Məliki[2] və Şafi[3] alimlərinə görə müəkkəd sünnətdir. Hənbəlilərə[4] görə isə fardul kifayətdir. Yəni kifayət qədər insan qılarsa qalanların üzərindən hökmü düşər.


-----------------
[1]əl-Məbsut lis-Səraxsi 2/37
[2] Məvahibul Cəlil fi Şərhi Muxtasar Xalil 2/189
[3]əl-Məcmuu 5/3
[4]əl-Muğni 2/272

yazdı: ƏBU FADL

Hiç yorum yok: