Qadınlara bayram namazına getmək vacibdirmi ?

Written by



Qadınlara bayram namazına getmək vacibdirmi ?
Qadınların bayram namazına getmək məsəlində alimlər ixtilaf etmişlər.
Birinci görüş : Gənc qızların bayram namazına çıxması məkruhdur.
Hənəfi[1], Maliki [2] və Şafi[3] məzhəbinə və İmam Əhməddən[4] rəvayət olunan bir rəvayətdə gənc qızların bayram namazına çıxması məkruhdur.
İkinci görüş : Qadınların bayram namazına getməkləri mütləq şəkildə müstəhəbdir.
Bu İbn Ömər[5], Alqamə[6],əl-Əsvad[7], İshaq bin Rahəveyh[8] və İmam Əhməddən[9] rəvayət olunan bir digər görüşüdür.
Üçüncü görüş: Qadınların bayram namazına çıxmaları mübahdır.Bu da Hənbəli məzhəbi[10] və İbn Munzirin [11] görüşüdür.
Dördüncü görüş : Qadınların bayram namazına çıxması mütləq şəkildə məkruhdur.Bu İbn Ömər[12], Urvə bin Zubeyr[13], əl-Qasim[14], İbrahim ən-Nəxai[15], Yəhya bin Səid əl-Ənsari[16] və Abdullah bin Mübarək[17] əs-Səuri [18] və İmam Əhməddən[19] rəvayət olunan bir digər rəvayət görüşdür.
Son olaraq İbn Rəcəb əl-Hənbəli (رحمه الله ) demişdir : "Bu, o rəyi kiminsə qəbul etdiyi bilinməyən görüşlərdəndir; yəni bayramda qadınların da çıxmağının vacib olması görüşünü qəsd edirəm."[20]

 ƏBU FADL
-----------------------------------------------------------------------
[1] əl-Məbsut 2/41
[2] əl-Mudəvanə 1/195, 1/246, Həşiyətud-Dusuqi 1/335
[3]əl-Məcmu 5/9, Nihəyətul-Mətlub 2/620
[4] əl-Muğni 3/263, əl-Furu 2/138 əl-İnsaf 2/247
[5] Musannəf İbn Əbi Şeybə 5837
[6] Musannəf İbn Əbi Şeybə 5840
[7] Musannəf İbn Əbi Şeybə 5840
[8] Cəmiut-Tirmizi 2/420
[9]əl-Furu 2/137
[10] əl-İnsaf 2/427
[11] əl-Əvsat ibn Munzir 4/300
[12] İbn Munzir Səhih olaraq rəvayət etmişdir 4/301
[13]Musannəf İbn Əbi Şeybə 5846, əl-Əvsat İbn Munzir 4/302
[14] Musannəf İbn Əbi Şeybə 5847,əl-Əvsat 4/302
[15] Musannəf İbn Əbi Şeybə 5844,5848 əl-Əvsat 4/302
[16]əl-Əvsat 4/302
[17]Cəmiut-Tirmizi 2/420 Şərhus-Sunnə lil-Bəğavi 4/320
[18] Cəmiut-Tirmizi 2/420 Şərhus-Sunnə lil-Bəğavi 4/320
[19]Məsəil Abdullah 2/437 əl-Mubdi 1/181
[20]Fəthul Bəri 9/56

Hiç yorum yok: