Qəbirdə sorğu sual bədənə yoxsa ruha olacaq ?

Written by


Qəbrdə “sorğu sual tək ruha , tək bədənə yoxsa ikisinə birlikdəmi “ olacağına dair alimlər ixtilaf edərək, dörd fərqli görüşə ayrılmışlar.

Birinci görüş :  “Əhli sünnənin əksəriyyətinə görə ruh cəsədə və ya bir qisminə qaytarılır.Meyitin hissәlәrә ayrılmış olması  buna maneә deyil çünki Allah cəsədin bir hissəsinə can verməyə vә sorğu sualın ondan olunmasına qadirdir necәki O, cəsədin bütün hissəslərini yenidən cəm etməyə qadirdir.”

Bu haqda Şeyxul-İsləm ibn Teymiyyə əl-Hənbəli(rahiməhullah) belə demişdir :

“عود الروح إلى بدن الميت في القبر ليس مثل عودها إليه في هذه الحياة الدنيا، وإن كان ذلك قد يكون أكمل من بعض الوجوه، كما أن النشأة الأخرى ليس مثل هذه النشأة، وإن كانت أكمل منها، بل كل موطن في هذه الدار وفي البرزخ والقيامة له حكم يخصه.”

“Qəbrdə ölünün bədəninə ruhun təkrar qayıtması, bu dünya həyatında ruhun bədənə qayıtması kimi deyil.O bəzi yönlərdən daha kamil olsa belә .Ondan daha kamil olsa da ikinci yaradılış bu yaradılış kimi deyildir.Hər bir yerin  bu dünyanın , bərzaxın və qiyamətin özünə məxsus hökmləri vardır.”
Məcmuul-Fətəva 4/274

Həmçinin Hafiz İbn Hacər əl-Əsqaləni (rahiməhullah) demişdir :

“المراد بالحياة في القبر للمسألة ليست الحياة المستقرة المعهودة في الدنيا التي تقوم فيها الروح بالبدن وتدبيره وتصرفه، وتحتاج إلى ما يحتاج إليه الأحياء، بل هي مجرد إعادة لفائدة الامتحان الذي وردت به الأحاديث الصحيحة، فهي إعادة عارضة”

“Qəbrdə sorğu sual üçün olan hәyat dünyadakı bilinәn sabit hәyat deyil  o hәyat ki ruh bәdәndә olur onu idarә edir vә dirilәrin ehtiyacı olan şeylәrә ehtiyacı olur әksinә o sadәcә  imtahan  üçündür  hansı ki o barәdә sәhih hәdislәr varid olmuşdur. Bu istisna bir dönüşdür.”
Fәthul Bәri 4/240

İbn Hacər əl-Heytəmi əş-Şafi (rahiməhullah) demişdir :

“ويجوز أن ترجع الروح في حال آخر وأمر ثان، وبعودها يرجع الميت حيا، وهو المعبر عنه بحياة القبر عند إتيان الملكين للسؤال، فإذا ردت إليه الحياة، للجسم والروح، تبعتها الإدراكات المشروطة بها، فيتوجه حينئذ على
الميت السؤال، ويتصور منه الجواب”

“Ruhun ikinci әmirdә vә başqa halda qayıtması mümkündü vә onun qayıtması ilә meyit canlı olur. O mәlәklәr sual üçün gәldikdә qәbir hәyatı adlandırılan haldı .Əgәr ruha vә bәdәnә hayat qaytarılarsa hәyatın şәrt olduğu idraklar ona qayıdar  elә olduqda da meyitә sorğu sual yönәldilәr  vә ondan cavab qәbul edilir.”

əl-Fətəva əl-Hədisiyyə 121

İkinci görüş: Əbu Hənifə və Ğazəlinin görüşüdür.Bu mövzuda dayanmışlar(susmuşlar).

Ğuneymi əl-Hənəfi (rahiməhullah) demişdir : 

“واعلم أن أهل الحق اتفقوا على أن الله يخلق في الميت نوع حياة في القبر، قدر ما يتألم ويلتذ، لكن اختلفوا في أنه هل تعاد الروح إليه أم لا؟
والمنقول عن الإمام أبي حنيفة التوقف ”

“Bilki haqq əhli ittifaq etmişlər ki, Allah qəbrdə ölünün həz alacağı və ağrı-acını hiss edəcəyi qədər həyat növü yaradacaqdır.Lakin ruhu cəsədinə qayatarılacaqmı yoxsa yox bunda ixtilaf etmişlər.İmam Əbu Hənifədən bu mövzuda dayandığı(susduğu) nəql olunmuşdur.”

Şərh əl-Ğuneymi əl-Meydəni aləl Aqidətit-Tahaviyyə 117

Ğazali əş-Şafi (rahiməhullah) demişdir : 

“ولا يبعد أن تعاد الروح إلى الجسد في القبر، ولا يبعد أن تؤخر إلى يوم البعث، والله أعلم بما حكم به على عبد من عباده ”

“Ruhu qəbrdə cəsədə qaytarılması ehtimal olduğu kimi,qiyamət gününə qədərdə gecikdirilməsi ehtimalı vardır.Qullarından bir quluna nə ilə hökm edəcəyini Allah ən doğru bilir.”

İhyəu Ulumud-Din 4/421

Üçüncu görüş :  “İbn Cərir və bir caamaatın görüşüdür.Onlara görə sorğu-sual yalnız cəsədə olunacaqdır.Allah onda eşitmək,bilmək,həzz almaq və ağrı-acını hiss etmək idrakını yaradacaqdır.”

Dördüncü görüş : “İbn Hubeyra və başqalarının görüşüdür.Onlara görə isə sorğu -sual ruh cəsədə qaytarılmadan yalnız ruha olunacaqdır.”
✍ Əbu Fadl

Hiç yorum yok: