İnsan öldükdən sonra ruhu yox olurmu ?

Written by


"Ruh" mövzusunda verilən suala alimlərimizin cavabları.

İnsan öldükdən sonra ruh yox olurmu?

Əhli sünnə alimlərinin əksəriyyətinə görə,insan öldükdən sonra ruhlar yox olmurlar,əksinə,yaşayırlar.Ruhlar axirətdə əbədi yaşamaqları üçün yaradılmışlar.Ölən yalnız insanın cismidir.Buna Quranda bir çox ayə və sünnədən hədislər dəlalət edir.

Bu haqda İmam ibn Qudamə əl-Məqdisi əl-Hənbəli (rahiməhullah) demişdir :

“والذي تدل عليه الآيات والأخبار أن الروح تكون بعد الموت باقية”

“Ayələr və xəbərlərin dəlalət etdiyi odur ki,ruh, bədən öldükdən sonra da yaşayır.”

Muxtasar Minhəcul-Qasidin səh.

Həmçininin Hafiz İbn Hacər əl-Əsqalani (rahiməhullah) demişdir:

"أنّ الأرواح باقية بعد فراق الأجساد هو قول أهل السنة"

“Ruhlar cəsəddən ayrıldıqdan sonra da yaşayırlar və bu,əhli sünnətin görüşüdür.”

Fəthul-Bəri 3/233 499,500

Bu haqda Şeyxul-İsləm ibn Teymiyyə (rahiməhullah) demişdir :

“أنّ الروح تبقى بعد مفارقة البدن “

📝“Ruh bədəndən ayrıldıqdan sonra da yaşayır.”

📚Məcmuul-Fətəva 4/284

Alimlər insan öldükdən sonra,ruhun yaşamasına dəlil olaraq bu ayəni gətirmişlər.
{Allah yolunda öldürülənləri əsla ölmüş sanma. Əksinə, (onlar) diridirlər; özlərinin Rəbbi yanında onlara ruzi verilir.}Ali İmran surəsi 169

Rasulullah (sallallahu aleyhi va səlləm) bu ayə haqqında belə demişdir :

“جَعَل اللَّهُ أَرْوَاحَهُمْ فِي أَجْوَافِ طَيْرٍ خُضْرٍ تَرِدُ أَنْهَارَ الْجَنَّةِ تَأْكُل مِنْ ثِمَارِهَا وَتَأْوِي إِلَى قَنَادِيل مِنْ ذَهَبٍ فِي ظِل الْعَرْشِ ”

“Allah onların ruhlarını yaşıl quşların içinə yerləşdirdi. Onlar Cənnət çaylarının yanına gəlir, Cənnət mey­vələrindən yeyir və Ərşin kölgəsində yerləşdi­ril­miş qızıl çıraqla­rın yanına qayıdırlar.”
Əhməd 1/266

Abdullah bin Ömər (radiyəllahu anhumə) rəvayət edir ki, Rasulullah (sallallahu aleyhi va səlləm) demişdir :

“إِنَّ أَحَدَكُمْ إِذَا مَاتَ عُرِضَ عَلَيْهِ مَقْعَدُهُ بِالْغَدَاةِ وَالْعَشِيِّ إِنْ كَانَ مِنْ أَهْلِ الْجَنَّةِ فَمِنْ أَهْلِ الْجَنَّةِ وَإِنْ كَانَ مِنْ أَهْلِ النَّارِ فَمِنْ أَهْلِ النَّارِ يُقَالُ هَذَا مَقْعَدُكَ حَتَّى يَبْعَثَكَ اللَّهُ إِلَيْهِ يَوْمَ الْقِيَامَةِ”

 “Biriniz öldükdən sonra səhər-axşam ona yeri göstərilir.Cənnət əhlindəndirsə Cənnətlik,Cəhənnəm əhlindəndirsə Cəhənnəmlik olacaq.Sonra(ona) deyilir: “ Qiyamət günü Allah səni dirildənədək bu sənin qalacağın yer olacaq.”

Buxari 1379 , Muslim 7390, Nəsai 2082, Musnəd İmam Əhməd 5656 ,Muvatta 570

Bu rəvayətlər ruhların bədəndən ayrıldıqdan  sonra Allah onu Qiyamət günü geri cəsədinə qaytarıncaya qədər nemət və əzab görmələrinə və ölməmələrinə dəlildir.Əgər ruhlar ölsəydi o zaman nemət verilməsi və əzab edilməsi kəsilərdi.

Ğazəli(rahiməhullah) bədənin ölümündən sonra,ruhun halını açıqlayaraq belə demişdir :

“الروح لا تفنى البتة ولا تموت بل يتبدل بالموت حالها فقط ويتبدل منزلها فتنتقل من منزل إلى منزل، والقبر في حقها إما روضة من رياض الجنة أو حفرة من حفر النيران”

“Əlbəttə ki, ruh ölmür və yox olmur.Əksinə, (bədənin) ölməsi ilə yalnız halı və mənzili dəyişir və bir mənzildən digər mənzilə köçür.Qəbir onun üçün ya cənnət bağçalarından bir bağça, ya da cəhənnəm çuxurlarından bir çuxur olar.”

əl-Ərbəin fi Usulid-din səh.276

Alimlərdən bir qrup isə, bədənin ölümü ilə,ruhun da öləcəyini demişlər.Çünki,ruh da canlıdır.
Allahu təalə belə buyurmuşdur : {Hər bir canlı ölümü dadacaqdır.} Ali İmran surəsi 185
Həmçinin bu görüş sahibi alimlər demişlər ki, dəlillər yalnız Allahın tək qalacağını göstərir.Allahu təalə belə buyurmuşdur : {Yer üzündə olan hər kəs ölümə məhkumdur.} {Ancaq Rəbbinin əzəmətli və kəramətli Üzü əbədidir.} ər-Rahmən surəsi 26,27
Allahu təalə buyurur : {Onun Üzündən başqa hər şey məhv olacaqdır.} Qasas surəsi 88
Ruhlarda ölür görüşünü müdafiə edənlər belə demişlər : “Əgər mələklər ölürlərsə insan nəfslərinin ölməsi daha məqsədə uyğundur.”
Dedilər ki, Allahu təalə Quranda cəhənnəm əhlinin belə deyəcəyini xəbər vermişdir: {Ey Rəbbimiz! Sən bizi iki dəfə öldürüb , iki dəfə diriltdin.} Bu görüş sahibi alimlər belə demişlər:”Birinci ölüm bədənin ölümü ikinci ölüm isə ruhun ölümüdür.”
əz-Zubeydi belə demişdir :

“وقد قال بهذا القول جماعة من فقهاء الأندلس قديما منهم عبد الأعلى بن وهب بن لبابة ومن متأخريهم كالسهيلي وابن العربي”

”Əndəlus fəqihlərindən bir camaat,bu görüşü demişlər.Onlardan ilk dönəm alimlərindən Abdul-Ə’la bin Vəhb bin Lubəbə və son dönəm alimlərindən Suheyli və İbn Arabi bu görüşdə olmuşdur.
İthəfus-Sədətil-Muttəqin 1/377

Nəticə olaraq : İmam ibnul-Qayyim (rahiməhullah) “Ölüm gəldiyi zaman insanın ruhu və bədəni,yoxsa yalnız bədəni ölür ?” bu haqda ixtilafı zikr etdikdən sonra,doğru olan görüş zikr edərək belə demişdir :

“والصواب أن يقال: موت النفوس هو مفارقتها لأجسادها وخروجها منها فإن أريد بموتها هذا القدر فهي ذائقة الموت وإن أريد بأنها تعدم وتضمحل وتصير عدما محضا فهي لا تموت بهذا الاعتبار بل هي باقية”

”Doğru olan, nəfslərin ölümü cəsədlərindən ayrılmasına vә ondan çıxmasına deyilməsidir.Əgər ölməsindən qəsd bu olunursa,(bəli) nәfislәr ölürlәr.
Əgər onların yox olması  vә tamamilә yoxluğa çevrilmәsi qəsd olunursa, bu baxımdan o ölmür, əksinə, yaşayır.”

ər-Ruh 1/34
✍Əbu Fadl
———————————————
T.me/AbuFadl1987

Hiç yorum yok: