İnsanlar səndən üz döndərsələr belə sələfdən gələn əsərlərə tabe ol

Written by



Qardaşlarımın,İmam Əuzai'nin sözlərinin açıqlanmasına dair istəklərinə binaən, belə bir yazı hazırlamağı ehtiyac duydum.

İmam Əuzai (rahiməhullah) dedi : “İnsanlar səndən üz döndərsələr belə sələfdən gələn əsərlərə tabe ol.Sənə gözəl göstәrsәlәr  də insanların rəylərindən  çəkin!”[1]

“İnsanlar səndən üz döndərsələr belə”

-İmam Əhməd(rahiməhullah) demişdir : “Edilәn  çirkinliyә görә ondan hәr hansı bir sifәti  yox etmirik” Allahın isim və sifətlərinin mənasını isbat etdiyinə görə,cəhmilər və digər bidət firqələr müsəlmanlara “mücəssimə,müşəbbihə və həşəvi kimi adlar qoymuşlar.Ancaq onların bizə bu adları qoyduqlarına görə biz  Allahın isim və sifətini isbat etməyi tərk edəsi deyilik!Çünki,keçmişdən bu günə qədər kim isim və sifət tövhidində sələfə tabe olmuşsa,bidət əhli ona çirkin adlar veriblər.Əhli sünnə val camaat etiqadında olanlara daim iftira (atılıb),daim isimlər qoyulubdur.Bu,bidət əhlinin yoludur.Bu günümüzdə də bir çox İslam bəldələrində şirk əhli və bidət əhli sələfi muvahhidləri vəhhabi deyə isimləndirmişlər.Səbəb?
Səbəb odur ki, bizlər onlar kimi Allahı buraxıb qəbrlərə ibadət etmirik!

“sələfdən gələn əsərlərə tabe ol.”-Yəni,səhabə ,tabiin və onlara xeyir üzərinə tabe olanların yoluna tabe ol!

“Sənə gözəl göstәrsәlәr  də”-yəni,gözəl sözlər ilə öz fikrini gözəl göstərməyə çalışar.Bəzən bidətçi, fəsih danışan biri ola bilər.Bu gözəl danışması ilə də insanları sehirləyə bilər.Rasulullah (sallallahu aleyhi va səlləm) belə buyurmuşdur: “Həqiqətən də gözəl danışıq vardır ki, o sehrdir.” Bəzən bidət əhli,öz həvasına uyğun olan etiqadını isbat etmək üçün gözəl sözlər söyləyər.Quran və Sünnədən dəlillər gətirməyə çalışar.Bəzən də,imam Şafi və İmam Əhməd kimi alimlərin Allahın isim və sifətlər tövhidində cəhmilərə rəddiyə verərkən istifadə etdikləri sözləri,öz etiqadını isbat etmək üçün istifadə edər.Deyər :”Baxın,İmam Şafi və İmam Əhməd də bizim kimi inanıb.”

“insanların rəylərindən  çəkin!”-Yəni,şərii dəlilə əsaslanmadan danışan insanların rəylərindən uzaq dur.
İnsanların rəyləri iki cürdür :

Birinci : Şərii dəlillərə əsaslanan rəy.Bunda heç bir problem yoxdur.Çünki, Quran və Sünnəni insanların(alimlərin) şəriətə əsaslanan rəylərinə,yəni,fikirlərinə baxmadan anlamaq mümkün deyildir.
Çünki,dörd məzhəbin dördünün də müxtəsər fiqhi mətnləri,ancaq, rəydən ibarətdir.Yəni,şərii əsaslara dayanan rəy.Onlar bunu elmi asanlaşdırmaq üçün etmişlər.İlk mərhələdə olan elm tələbələrinə oxumalarını və əzbərləmələrini asanlaşdırmaq üçün etmişlər.Məsələn, Hənbəlilərdə Əxsaru Muxtəsarat,Dəlilut-Talib Zadul-Mustəqni və s, digər məzhəblərdə  olduğu kimi alimlərin sözləri ilə doludur.Lakin, onların bu rəyləri şəriətə əsaslanır.Sələf o insanların rəylərindən çəkindirirdi ki, onlar,şəri əhkamları öz rəylərinə əsasən verirdilər. Onların qəsdi,heç bir şərii əsasa dayanmayanlar və onların ucuz sözləridir.

Elm əhli fiqh məktəblərini iki qismə bölmüşdür.
Birinci : Rəy əhli ,Rəy mədrəsəsi.Başında Rabi (Çoxlu qiyas etdiyinə görə hətta ona “rəy Rabia” demişlər.) və tələbəsi İmam Əbu Hənifə(rahiməhullah).Əbu Hənifənin (rahiməhullah)rəy əhli olduğunu dedikdə alimlərin qəsdi,heç bir şərii əsasa dayanmayan rəy əhli demək deyildir.Rəy əhlinin fiqh kitablarında şəriətə əsaslanan fiqhi rəyləri  aşağılamaq,xəfifə almaq və insanları ondan çəkindirmək yalnışdır!
İmam İbnu-Qayyimin (rahiməhullah) dediyi kimi : “Öz zamanından bu günümüzə qədər, ümmətin onun üzərində icma etməsi,ona təzkiyə olaraq yetər” Həqiqətən də,öz zamanından hətta bu günümüzə qədər onu ananlar,yalnız,İmam deyə anmış və məzhəbi bu günümüzə qədər əksər İslam bəldələrinin  tabe olduğu bir məzhəb olaraq gəlib çatmışdır.Kimiləri təqlidən, kimiləri də fiqh və etiqad olaraq öz məzhəbinin imamına uyaraq onun yolundan gedir və öz məzhəbinin imamına fiqhdə tabe olduğu kimi etiqadda da ona muxalif olmurlar.

İkinci : Hədis və əsər əhli, Hədis əhlinin mədrəsəsi.Başında İmam Məlik ,İmam Əş-Şafi və İmam Əhməd bin Hənbəl (rahiməhumullah)dayanır.

İkinci : Şəri dəlillərə əsaslanmayan rəy.Bu isə, heç şərii əsaslara dayanmadan şəxsi fikirləri,təxmini ,həva-həvəsi və zənni ilə hökm verəndir.Bu,bidət əhlinin ortaya çıxardığı bir üslubdur.Sələf,insanları belələrindən çəkindirdiyi kimi,bizlər də onlardan çəkindiririk.

Yəni,İmam əl-Əuzai (rahiməhullah) burada, sələfin yoluna tabe olmağa,bidətlərdən və insanların şəriətə dayanmayan rəylərindən uzaq durmağa çağırır.Çünki,din kamildir. Artıq bir şey əlavə etməyə gərək yoxdur.

Sən də sələfin yolundan ayrılıb bidət əhlinin yoluna tabe olan, öz yollarını gözəl göstərməyə çalışanlardan uzaq dur və insanları da ondan uzaqlaşdır!
✍Abu Fadl Azəri

[1] əş-Şəriə səh.124
Siyər Ələmun-Nubələi 7/120
Tabəqatul-Hənəbilə 1/236

Hiç yorum yok: