Dörd məzhəbə görə həcdə olan və olmayanlara Arəfə günü oruc tutmağın hökmü.

Written by

 


Qullarına qarşı son dərəcə şəfqətli və rəhmli olan Rəbbimiz,bizlərə böyük mükafatlar vermək üçün önümüzə fürsətlər qoymuşdur.Bəzi aylarda və bəzi günlərdə xüsusi ibadət növləri ilə,Ona olan qulluğumuzu artırmağımızı və beləcə,çox asanlıqla Cənnətə girməyimizi,böyük dərəcələr sahibi olmamızı istəmişdir.Bunlardan biri də Arəfə orucudur
.

Məliki,Şafi və Hənbəlilərdən ibarət alimlərin əksəriyyətinə görə, arəfə günü həcdə olanlara oruc tutmaq məkruhdur(bəyənilmir).

Oruc tutmaq,həcdə olan birini arəfədə durmaqdan zəiflətmədiyi təqdirdə,hənəfilərə görə müstəhəb sayılır.


Həcdə olmayanlar üçün arəfə günü oruc tutmaq, alimlərin ittifaqı ilə müstəhəbdir.Arəfə günü, zul-Hiccənin doqquzuncu günüdür.Bu günün orucu, iki ilin (keçən il və gələcək il )günahlarına kəffarədir.


Əbu Qatədən (radiyəllahu anhu ) rəvayət olunduğuna görə, Rasulullah (sallallahu aleyhi va səlləm) belə buyurmuşdur: 

"Ərafa gününün orucunun bir il keçmiş və bir il gələcək günahlara kəffarə olacağına ümid edirəm." 

Muslim 1976, İbn Macə 1720 , Tirmizi 780

✍️Əbu Fadl

📲t.me/AbuFadl1987

Hiç yorum yok: