Bayram namazının vaxtını qaçırmağın üç halı vardır.

Written by


Birinci hal: 
Bayram namazı birinci gün vaxtında camaatla qılındığı halda bəzi fərdlər namazı qaçırsalar,üzrləri nə olursa olsun bu namaz qəza edilməz.Çünki xüsusi bir namazdır və müəyyən vaxtda xüsusi şərtlərlə məşru qılnmışdır.Buna görə də bu şərtlər bir yerdə cəm olunmalıdır.Bunlardan biri də vaxtıdır.Bu Hənəfilərin və Məlikilərin görüşüdür.
Ancaq şafi məzhəbin səhih olan görüşünə görə istənilən vaxtda istər camaatla, istər tək olsun,qəzasını qılmağın məşru olduğunu demişlər.Bu,onlarda “bütün nafilə namazların qəzasını qılmaq məşrudur” üsullarına binaəndir.
Hənbəlilərdə bayram namazının qəzası qılınmır.Əgər qəzasını qılmaq istəyərsə o zaman, istər bir salam ilə istər də iki salam ilə dörd rükət qılar.


İkinci hal :
Bu hal isə, birinci gün bayram namazının camaat şəklində vaxtında qılınmamısı halıdır.
Bu ya üzrlü səbəbə  “Hava buludlu olduğuna hilalı görə görməmələri halında, şahidlərin zəvaldan sonra hilalın göründüyünə İmama şahidlik etmələrinə “ görədir.
Və ya heç bir üzr olmadan qılınmamısıdır.
Üzrlü səbəb halında namazı ikinci günə salmaq icazəlidir.İstər bu Fitr (Ramazan) bayramı olsun, istər də Qurban bayramı olsun.Çünki bu hal,Rasulullahdan (sallallahu aleyhi va səlləm) sabit olmuşdur.Onlar hilalı görmədiklərində Ramazını 30günə tamamlayırlar.Ancaq şahidlər sonradan Şəvval hilalının göründüyünə şahidlik etdiklərində, Rasulullah (sallallahu aleyhi va səlləm) səhəri gün bayram namazına çıxmağı əmr etdi.
Bu halda Hənəfilər, Şafilər və Hənbəlilərə görə hilalın görünməsinin şahidliyi gecikdikdə, bayram namazını ikinci gün qılmaq məşrudur.
Ancaq şafilərdə hilalın görünmə xəbəri  günəşin batmasından sonraya qədər gecikərsə o zaman şahidlikləri qəbul edilməz və bayram namazının qılındığı ikinci gün, birinci gün kimi sayılar.
Şafilər ikinci gün qılındıqda bayram namazını qəza olaraq görməzlər.Onlara görə bu halda namaz vaxtında qılınmış olur.
Ancaq bu halda Məlikilər, qəzanın qılınamayacağını söyləmişlər.


Üçüncü hal :
Bayram namazının, ikinci halda zikr etdiyimiz üzrlü səbəb olmadan öz vaxtından gecikdirilməsidir.O zaman baxılır.Əgər bayram fitrə bayramıdırsa, o zaman hökmü düşür və qəzası qılınmır.
Əgər Qurban bayramı olarsa,o zaman  qurbanın üçüncü gününә qәdәr gecikdirmәk icazәlidir.Yəni, ikinci gün qəzasını qılmaq səhihdir ikinci gün qılınmazsa üçüncü gün günәş doğandan zәvalın ilk vaxtlna qәdәr qılınar  fәrqi yoxdu üzürә görә olsun ya yox. Ancaq üzürsüz yerә gecikdirәrsә buna görә qınanar.


Yazdı : Abu Fadl Azəri

Hiç yorum yok: