Ölmüş qardaşının ətini yeyən qardaşlarıma nəsihət

Written by



Bismilləhir Rahmənir Rahim.

{وَيْلٌ لِكُلِّ هُمَزَةٍ لُمَزَةٍ}
{Hər bir qeybət edənin, tənə vuranın vay halına!
Huməzə surəsi 1

Ayə umumidir. Kim bu vəsfləri özündə daşıyırsa ayə onada şamildir.
Bu gün müsəlmanlardan kim qeybət etmək istəyirsə, qeybət etməzdən öncə:
- Əxi sən o qardaşa yaxınsan mən sənə deyim sən ona nəsihət et - deyib başlayır qardaşının ətini yeməyə.
Qarşıdakı müsəlman da nəsihət üçün deyil səhər onun üzünə vurmaq üçün diqqətlə qulaq asır.
Elə zənn edir ki, qeybət edənlə birgə qeybətə qoşulmadan, ona qulaq asmaq qeybətdən deyil. Xeyr! Qeybət edəni dinləyən kəs də qeybət edən kimidir. Hər ikisi də Allah qatında günah sahibidirlər.

-Ölmüş qardaşının ətini, onun haqqında etdiyi qeybət səbəbilə yeyən qardaşım,Allahdan qorx!

Başqa ayədə Allahu Təalə belə buyurmuşdur : {Ey iman gətirənlər! Zənnə çox qapılmayın. Çünki,zənn edilənlərin bir qismi günahdır. Bir-birinizi güdməyin, bir-birinizin qeybətini qırmayın. Sizdən biriniz ölmüş qardaşının ətini yemək istəyərmi? Siz ki, bundan iyrənirsiniz. Allahdan qorxun! Həqiqətən, Allah tövbələri qəbul edəndir, Rəhmlidir.}

Hucurat surəsi 12

📃 Hafiz ibn Kəsir əş-Şafi (رحمه الله  ) ayənin təfsirində belə demişdir :

"(Qeybət haqqında ) qəti qadağa varid olmuşdur.Məhz buna görə Allahu Təalə qeybəti , ölü insan əti yeməyə bənzədərək belə buyurmuşdur : {Sizdən biriniz ölmüş qardaşının ətini yemək istəyərmi? Siz ki, bundan iyrənirsiniz.}[Hucurat surəsi 12]
Yəni : Siz təbi olaraq necə bundan iyrənirsiniz, şər'əndə elə qeybətdən  iyrənin.
Çünki qeybətin cəzası digərindən  daha şiddətlidir.(Qeybət etməyi ölü insan ətini yeməyə bənzədiləmsinin səbəbi) ona nifrət etdirmək və ondan çəkindirmək üçündür."
📚 Təfsirul Quranil Azim 7/355

📃 İmam Bəğavi əş-Şafi (رحمه الله ) Hucurat surəsi 12 ci  ayənin təfsirində belə demişdir :

"Allahu Təalanın bu sözü  : {Sizdən biriniz ölmüş qardaşının ətini yemək istəyərmi?} haqqında Mucahid dedi: Onlara "Sizdən biriniz ölmüş qardaşının ətini yemək istəyərmi?" deyildiyi zaman onlar Xeyr dedilər. Onlara {Siz ki, bundan iyrənirsiniz.} deyildi.Yəni qardaşının ölmüş ətini yeməkdən iyrəndiyiniz kimi o olmadığında onu pis  zikr etməkdən də çəkinin."
📚 Təfsirul Bəğavi 7/346

Ey əziz qardaşım ! Müsəlman qardaşınla aranda olan mübahisə və anlaşılmazlığa görə, harada gəldi qardaşının yanlışını açıb tökmə.Qorx o gündən ki,bunun səbəbilə Allah da sənin eyiblərini başqalarının yanında açsın!

Müsəlman qardaşını Allah Azzə və Cəllə İslam dini ilə izzətli etmişdir.Onun nə qədər xeyir əməllərini gördüyün halda ,hansısa xətasını gördüyün zaman dərhal onu yaymaqdan həzər et!Qardaşına zülm etmə!

Bil ki,məclislərdə haqqında danışdığın qardaşının yanlışını açığa çıxartmağın qeybətdir.Qeybət isə müsəlmanların icmasıyla haramdır və böyük günahlardandır.Danışılan ayıb istər o şəxsdə olsun, istərdə olmasın.
Əgər danışdığın şey onda olarsa qeybət, əgər olmazsa,bu böhtandır.

 Rasulullah sallallahu aleyhi va səlləm qeybət haqqında belə buyurmuşdur:
((أتدرون ما الغيبة))

-Bilirsinizmi, qeybət nədir?-
قالوا الله ورسوله أعلم.

Səhabələr: - Ən doğrusunu Allah və Rəsulu bilər!- dedilər.
قال: ((ذكرك أخاك بما يكره))

Rasulullah ( sallallahu aleyhi və səlləm ) belə buyurdu : -Qardaşınızın xoşuna gəlmədiyi şeyi söyləməkdir.-
قيل أفرأيت إن كان في أخي ما أقول

Səhabələrdən biri dedi: -Əgər söylədiklərim onda varsa necə ya Rasulullah?-

قال: ((إن كان فيه ما تقول فقد اغتبته وإن لم يكن فيه فقد بهته)).

Rasulullah Sallallahu aleyhi va səlləm: - Əgər söylədiklərin onda varsa qeybət etmiş, əgər yoxdursa onda ona iftira (böhtan) etmiş olursan - cavabını verdi.
📚 Muslim 6758 ,Əbu Davud 4876 ,Tirmizi 2059

Dəyərli qardaşım!
Həmçinin sən,qeybət səbəbilə illərlə çəkdiyin  əziyyətləri,savablarını qiyamət günü puç etmiş olacaqsan.Və yaxud, qeybətini etdiyin insanın haqqını savablarınla verə bilməyəcəyin təqdirdə,onun günahları ilə yüklənəcəksən...Bu qədər səbrlə,çalışqanlıqla,ibadətlə keçirilən həyatı qeybət etməklə hədər etmək, necə də böyük ziyandır!

-Bir müsəlman olaraq bizə yaraşan da,elə məhz budur.Əgər biz,müsəlman qardaşımızın eyibini,günahlarını örtəriksə o zaman,Allahu Təalə qiyamət günü bizim günahlarımızı örtər. 
Bu haqda Rasulullah(صلى  الله عليه وسلم ) belə buyurmuşdur :"Kim bir müsəlmanın eybini örtərsə,Allahu təalə də qiyamət günü onun eyiblərini örtər."
Buxari 2442,Muslim 2580.

Elə isə gözəl qardaşım,bir-birimizin eyiblərini açmayaq,qardaşımızın yanlışını gördükdə,təklik zamanı qoluna girərək gözəl şəkildə nəsihət edək.Qardaşımızın qiyabında ,onun sevməcəyi şəkildə danışmayaq.Bizim borcumuz odur ki,batmaqda olan insanlara əl uzadıb onları xilas edək.Əgər bu batan insan qardaşımızdırsa,onda necə?

Әbu Hureyrә (رضي الله عنه ) rәvayәt edir ki, Rasulullah  (صلى الله عليه وسلم ) demişdir:
"Zәnnә qapılmaqdan çәkinin!Çünki zәnn әn yalan söhbәtdir.Bir-birinizin eybini axtarmayın,casusluq etmәyin,bir-birinizlә rәqabәt aparmayın,bir-birinizә hәsәd aparmayın, bir-birinizә nifrәt etmәyin, bir-birinizә arxa çevirmәyin.Ey Allahın qulları,qardaş olun!"
әl-Buxari 6066 , Muslim 6701, Əbu Davud 4919, Tirmizi 2118
 Va sallallahu alə Nəbiyyinə Muhəmməd va alə əlihi va səhbihi əcməin.
Yazdı : ✍ Əbu Fadl 

Hiç yorum yok: