Saxlanılması icazəli olan itin satılması da icazəlidirmi?

Written by


Qardaş soruşur ki, saxlanılması icazəli olan itin satılması da icazəlidirmi? Çünki bəzi qardaşlar “saxlanılması caiz olan itlərin də satılması caizdir” deyirlər.

Bəzi qardaşlar it satmağın mütləq şəkildə haram olduğu haqqında paylaşımlar etsələrdə baxaq görək, həqiqətən də it alıb-satmaq mütləq şəkildə haramdırmı? Bunun haqqında təfsilat varmı?

Bismilləh vassələtu vassələmu alə rasulilləh.

Şafi və Hənbəli məzhəbinin alimləri, Rasulullahın (sallallahu aleyhi va səlləm) hədisində keçən “İtin müqabilində verilən pulu ... götürməyi qadağan etmişdir.” - qadağasına görə, it satmağın mütləq şəkildə qadağan olduğunu demişlər.

Hənəfilər və Məlikilərdən Səhnun isə,mütləq şəkildə it satmağın caiz olduğunu demişdir.Çünki o, həqiqi şəkildə fayda görülən maldır.

Məlikilərdə saxlanılması qadağan olan itin satılması ittifaqla qadağandır, ancaq, saxlanılması caiz olan itin hökmündə təfsilat vardır.Bu haqda üç görüş nəql olunub:qadağa ,kərahət və caizdir.

İt saxlamağın caiz olan halları.
 Bir müsəlmana ov etmək, evi və mal-qaranı, əkin sahəsini qorumaq xaricində it saxlaması icazəli deyildir.
Əbu Hureyranın (radiallahu anh) rəvayət etdiyi hədisdə Rasulullah (sallallahu aleyhi və səlləm) demişdir: “Kim it saxlayarsa , hər gün əməlindən qirat azalar.Yalnız əkin sahəsini və mal-qaranı qoruyan itdən başqa.”
Buxari 2145

Muslimin 2974 rəvayətində isə, “Kim ov iti,mal-qara   və əkin sahəsini qorumaq (üçün) it deyil ,başqa it əldə edərsə savabından hər gün iki qirat azalar.

Rasulullahın hədislərdə saxlanılması istisna etdikləri xaric , sadəcə gözəllik üçün it saxlamağın haram olmasına dair dəlil açıq-aşkardır.

Bəzi alimlər, hədisdə yalnız üç halda it saxlamağın istisna edildiyinə görə, evi qorumaq üçün də it saxlamağın caiz olmadığını demişlər.
Digərləri isə,üç hala qiyas edərək evi qorumaq üçün it saxlamağın caiz olduğunu söyləmişlər.
Çünki heyvanları qorumaq caizdirsə evi qorumaq ondan daha öncə icazəlidir.
Allahu Ə’ləm.

✍ Əbu Fadl 

Hiç yorum yok: